İKT sektorunun gəlirləri artıb

22-10-2015 / 12:03

Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilir.

Xeberler.az-ın məlumatına görə, kollegiyada bildirilib ki, ötən 9 ayda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 9,6 faiz artaraq 1280.9 milyon manat olub. Sektorun ÜDM-də payı 2,1 faiz, qeyri-neft sektorunda isə 3 faiz təşkil edib.

Qeyd olunub ki, sektorda əldə olunan gəlirlərin 81,1 faizi özəl sektorun payına düşüb.

Bu dövrdə İKT sektoruna 209.8 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 61.2 milyon manat investisiya yatırılıb. Sahə üzrə ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2,2 dəfə çoxdur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.