Instagram-a 4 yeni funksiya əlavə edilir

01-05-2018 / 09:49

Daima öz platformasına yeniliklər əlavə edən Instagram bir sıra dəyişikliklərlə qarşımıza çıxacaq.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu dəfə Instagram istifadəçilərinə 4 yeni funksiya tqdim edəcək.

Twitter üzərindən əldə olunan məlumatlara əsasən, ilk yenilik “hekayələr” xidmətində olacaq. Belə ki, istifadəçilərin platformaya yerləşdirdikləri hekayələrə anında emojilərlə rəy bildirmək mümkün olacaq.

Başqa bir yenilik yenə “hekayələr”ə gəlir. Belə ki, platformaya öncədən yerləşdirilən hekayələrin artıq hansı tarixdə qoyulduğunu bilmək olacaq.

Digər bir yenilk “slow montion” adlı funksiyayadır. Əvvəllər ağır çəkilişli videoları yalnız yüksək səviyyəli telefonlarla çəkmək mümkün idisə, indi bu çəkilişləri aşağı səviyyəli telefonlarlada etmək mümkün olacaq.

Qeyd edilir ki, Instagram-ın gətirəcəyi yeniliklərdən biri də tətbiq vasitəsi ilə görüntülü zəng funksiyasıdır.

Elşən Abdulkərimov 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə