İnstagram YouTube-a rəqib olacaq

21-06-2018 / 17:24

İnstagram, xidmətlərinin 1 milyard istifadəçiyə çatdığını bildirib. Bununla yanaşı özünün 1 saatlıq videolarının yaradılması, yayımlanması üçün yeni IGTV adlı platformasını təqdim etdib.

Xeberler.az xarici mediaya istinad edərək bildirir ki, platformanın təqdimatı San Fransiskoda baş tutub. IGTV həm Instagram daxilində aktiv olacaq, həmdə ayrıca tətbiq kimi də istifadəyə veriləcək. Yeni platformanın yaxın günlərdə istifadəçilərə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, İnstagram videolarının yayım vaxtı hələ də 60 saniyəni keçmir. IGTV platformasında isə istifadəçilər məşhur bloqqerlərinn və İnstagram ulduzlarının yayımlayacağı uzun xronometrajlı videoları izləyə biləcəklər. Onlar həmçinin öz videolarını da bu platformaya yükləyə biləcəklər. Videoları həmçinin şərh etmək və ya hansısa digər istifadəçiyə Direct vasitəsilə göndərmək mümkün olacaq.

Bundan əlavə həm də bu videoları IGTV-dən Instagram hesablarındakı hekayələrdə də paylaşmaq mümkün olacaq. Beləliklə 1 milyardlıq istifadəçi kütləsi və 1 saatlıq videolar ilə İnstagram YouTube servisinə rəqib olacaq və bununla yanaşı öz videoları ilə nəinki pul qazanmaq istəyən, həm də yeni auditoriya yığmağı nəzərdə tutan yeni istifadəçi kütləsini də cəlb edəcək. Məlumata əsasən IGTV platforması müəlliflərinə videolardan gəlir əldə etmək sistemi də təqdim edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə