Instagram-dan tarixi addım

12-04-2018 / 11:32

Facebook-un şirkəti Instagram istifadəçilərin tənqidlərə cavab vermək və AB tənzimləmələrinə uyğunlaşmaq üçün platformada paylaşımları yükləmək xidmətini istifadəyə verəcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, istifadəyə veriləcək funksiya ilə istifadəçilər platformaya yüklədikləri şəkil, video və mesajlar kimi bütün məlumatları istənilən cihaza yükləyə biləcək.

Qeyd edək ki, şirkət bununla Avropa Birliyinin may ayında qüvvəyə minəcək yeni məlumatların qorunması haqqında qanunvericiliyi, Ümumi Məlumatların Mühafizəsi Qaydasına (GDPR) uyğunlaşmağa çalışır.

Yeni xidmətin may ayında istifadəyə verilməsi gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə