Avropa Birliyi Facebook-a qarşı istintaqa start verdi

05-10-2018 / 12:56

Məlumatların qorunması üzrə İrlandiya komissiyası 50 milyon Facebook istifadəçisinin məlumatlarının oğurlanmasından sonra şirkətə qarşı istintaqa start verdiyini bildirdi. 

Xeberler.az  bildirir ki, Avropa Birliyinin bu nizamlayıcı orqanı sosial şəbəkənin bu ilin May ayında qüvvəyə minmiş Məlumtların qorunması üzrə ümumi reqlament (GDPR) qanununun qaydalarına əməl olunmasını yoxlayacaq. İstintaq çərçivəsində komissiya emal olunan özəl məlumatların təhlükəsizliyi üçün şirkət tərəfindən olan texniki və təşkilati tədbirlərə əməl olunub-olunmaması yoxlanılacaq.

Facebook isə öz növbəsində daxili istintaqını davam etdirir və istifadəçilər üçün yarana biləcək potensial riskləri aradan qaldırmağa çalışır. Qeyd etmək lazımdır ki, 50 milyon Facebook istifadəçisinin məlumatlarını oğurlamış hackerlər kənar saytların məlumatlarını əldə edə bilməyiblər. Yəni Facebook hesabı ilə digər servislərə daxil olan istifadəçilərin həmin servislərdəki məlumatları toxunulmaz olaraq qalıb. Əgər komissiya Facebook-un əleyhinə qərar çıxartsa, şirkət 1.6 milyard dollar cərimə ödəməli olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə