İnternet istifadəçilərinə şad xəbər

01-06-2017 / 14:15

Aztelekom MMC bu gündən etibarən “SAF” – təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

Geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, o cümlədən viruslu, arzuolunmaz məzmunlardan və  zorakılığı təbliğ edən zərərli kontentlərdən qoruyur.

Aztelekom.net internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən veb səhifələri filtrasiya edib, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına girişi nəzarətə götürür, arzuolunmaz saytların girişinə qadağa qoyur.

Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə “SAF” bu səhifələri girişi məhdudlaşdırır.

Bu xidmətdən yalnız azyaşlı uşaqların valideyinləri deyil, eləcə də iş saatlarında effektivliyin artırılması məqsədi ilə hüquqi şəxslər də istifadə edə bilərlər.

 Xidmətdən istifadə qaydaları isə olduqca sadədir.

İstifadəçi “Ağ siyahı” yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda təhlükəli resursları “qara siyahı”ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir.

Həmçinin, istifadəçi istədiyi vaxt filtri deaktivləşdirir, arzu etdiyi veb resurslara daxil olur, daha sonra isə deaktiv etdiyi resursu aktiv edə bilir.

Qeyd edək ki, istifadəçilər 9 rayonun (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul) ərazisində "SAF" təhlükəsiz internet xidmətindən test rejimində yararlanıblar. 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.