Previous Next
Bağla

Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

01-12-2017 16:59
Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

Rusiya, Qazaxıstan, Qırğızstan, Ukrayna, Hindistan  kimi ölkələrdə yayılan və daha çox 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən Mavi balina adlı oyun hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil.  

Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir .  

Belə ki, sosial şəbəkələrdə müəyyən həştəq və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir.

Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filter tətbiq edir, müxtəlif dillərdə “mavi balina” adı altında yaradılan həştəqləri bloklayır.

Xeberler.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı açıqlama yayımlayıb.

Açıqlamada deyilir ki, internet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm Aztelekom həm də Baktelecom internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz İnternet” xidməti təqdim edir. 

Belə ki, bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilir.

Xidmətə qoşulduqdan sonra  təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin, istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.

Məsələ ilə bağlı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməsini tövsiyə edir.

Eyni zamanda valideynlərin uşaqların psixiloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunur.

Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur.

Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət sistemi üzrə alətlərin quraşdırılması vacibdir.

Valideynlər övladlarının Mavi balina oyununu oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

19-02-2019
İnternet istifadəçilərinə şad xəbər

İnternet istifadəçilərinə şad xəbər

24-08-2017
Təhlükəli oyun WhatsApp vasitəsi ilə yayılır

Təhlükəli oyun WhatsApp vasitəsi ilə yayılır

12-03-2018
İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019
İnternet istifadəçilərinə şad xəbər

İnternet istifadəçilərinə şad xəbər

01-06-2017
9 rayonda təhlükəsiz internet xidməti istifadəyə verilib

9 rayonda təhlükəsiz internet xidməti istifadəyə verilib

20-02-2017
Nazirlik internetdə zərərli informasiyalarla mübarizəyə başlayır

Nazirlik internetdə zərərli informasiyalarla mübarizəyə başlayır

18-01-2017
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017
Uşaqların internetdən istifadəsi  ilə bağlı yeni xidmət-Foto

Uşaqların internetdən istifadəsi ilə bağlı yeni xidmət-Foto

19-05-2016
Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018
Ekspert: “Roblox” və “Mavi Balina” kimi oyunlarda real təhlükə var

Ekspert: “Roblox” və “Mavi Balina” kimi oyunlarda real təhlükə var

04-12-2025
Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016
Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

05-06-2018
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Hansı kompüter oyunları uşaqlar üçün təhlükəlidir?

Hansı kompüter oyunları uşaqlar üçün təhlükəlidir?

28-03-2017
Informatika müəllimləri üçün təlim keçirilib

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020
Məktəblilərə internet təhlükələri barədə məlumat verilib

Məktəblilərə internet təhlükələri barədə məlumat verilib

31-05-2017
Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

06-02-2026
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

27-06-2015
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016
Təhlükəli virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

Təhlükəli virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

25-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə