Previous Next
Bağla

Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

19-02-2019 17:11
Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

Artıq Azərbaycanda da “Mavi balina” oyununa görə intihar hadisəsinin baş verdiyi iddiası var.  Dünyada milyonlarla uşağı cənginə alan "Mavi balina" oyunu Azərbaycan ailələrinin kabusuna çevrilib. Qeyd edək ki, bu günlərdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan, 100 nömrəli məktəbin 9-cu sinif şagirdi Əli Quluzadənin intihar səbəbinin də məhz “Mavi balina” olduğu deyilir. Adı çəkilən şəxsin ailəsi ilə müsahibə zamanı valideynlər bunu təsdiqləyiblər. Məlumatlara görə, bənzər hadisə Hövsan qəsəbəsi və Şamaxıda da yaşanıb. Maraqlıdır, Azərbaycanda bu tip təhlükəli oyunların yayımını məhdudlaşdırmaq və ya bloklamaq mümkündürmü? 

Xeberler.az  məlumat verir ki, mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cebhe.info-nun sorğusunu cavablandırıb.  Cavabda bildirilir: 

“Rusiya, Qazaxıstan, Qırğızstan, Ukrayna, Hindistan kimi ölkələrdə yayılan və daha çox 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən “Mavi balina” adlı oyun hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil. Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir. Belə ki, sosial şəbəkələrdə müəyyən “hashtag” və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir. Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filtr tətbiq edir, müxtəlif dillərdə “mavi balina” adı altında yaradılan “hashtag”ları bloklayır. İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm “Aztelekom”, həm də “Baktelecom” internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz İnternet” xidməti təqdim edir. Bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər. Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilir. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin, istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar”. 

Məsələ ilə bağlı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət tövsiyə edib. Eyni zamanda valideynlərin uşaqların psixoloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunub: 

“Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur. Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət sistemi üzrə alətlərin quraşdırılması vacibdir. Valideynlər övladlarının “Mavi balina” oyununu oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir”. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

01-12-2017

Təhlükəli oyun WhatsApp vasitəsi ilə yayılır

12-03-2018

İnternet istifadəçilərinə şad xəbər

24-08-2017

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019

Mavi balina oyununun daha bir qurucusu saxlanıldı

21-06-2018

Ekspert: “Roblox” və “Mavi Balina” kimi oyunlarda real təhlükə var

04-12-2025

Nazirlik internetdə zərərli informasiyalarla mübarizəyə başlayır

18-01-2017

9 rayonda təhlükəsiz internet xidməti istifadəyə verilib

20-02-2017

İnternet istifadəçilərinə şad xəbər

01-06-2017

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Ölkədə İKT sahəhəsində yeni layihə icra edilir

22-05-2019

Uşaqların internetdən istifadəsi ilə bağlı yeni xidmət-Foto

19-05-2016

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

05-06-2018

Uşaqları zərərli məlumatlardan necə qorumalı?

11-02-2018

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021

Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub

23-10-2024

Məktəblilərə internet təhlükələri barədə məlumat verilib

31-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə