“İş müraciəti üçün lütfən şifrənizi daxil edin”

22-06-2009 / 13:10

ABŞ-ın Bozeman şəhərində işə girmək üçün müraciət edənlərdən standart iş müraciəti məlumatlarının arasında müəyyən şifrələr də istənilir.

Bunlar Facebook və MySpace kimi ictimai şəbəkə saytlarındakı profillərə girmək üçün lazım olan istifadəçi adı və şifrələridir.

Məlumat üçün bildirək ki,Bozeman şəhəri ABŞ-ın Montana əyalətinin Cənub Qərb hissəsində yerləşir. Cəmi 25 min əhalisi var.

Belə bilgilər Bozemanda bələdiyyələrdə işə girmək üçün istənilib. İş müraciəti formasında yazılıb: “Lütfən bütün aktual fərdi və təşkilati veb saytlarınızı, veb səhifələrinizi, internet əsaslı söhbət otaqları və Facebook, Google, Yahoo, YouTube və s. kimi üzv olduğunuz bütün ictimai klub və forumları qeyd edin”.

Bundan əlavə “ictimai klub və forumlar” üçün istifadəçi adı və şifrələri də tələb edilir. Belə tədbirlər ABŞ-ın 11 Sentyabr hadisələrindən sonra cəmiyyət təşkilatlarında təhlükəsizlik araşdırmaları kimi proseduraların artdığını bildirir. Amma Facebook istifadəçi adı və şifrəsinin də qeyd edilməsi mənasız görünür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.