Facebook-da 3 dəqiqə ərzində 200 min istifadəçi adı qeydə alınıb

15-06-2009 / 12:24

Facebook-un yeni xüsusiyyətinin köməyi ilə profilinizi istifadəçi adınızla əlaqələndirmək mümkün oldu. Facebook profildəki «ad alma» satışını həyata keçirdi. Statistik məlumatlara görə, ilk 3 dəqiqə ərzində 200 min istifadəçi adı qeyd edilib.

15 dəqiqədən sonra isə bu rəqəm 500 minə çatıb. Bu rəqəmlərə görə, ilk üç dəqiqə ərzində hər bir saniyədə 1111 istifadəçi adı alınıb. İlk 15 dəqiqə boyunca isə saniyədə 555 istifadəçi adı qeyd edilib. 1 milyonuncu istifadəçi adı yalnız 1 saat içərisində yazılmışdır. Günün sonunda isə 3 milyon adam Facebook istifadəçi adını almışdı.

Bu “əhəmiyyətli” hadisə üçün Facebook qrupu xüsusi olaraq hazırlaşmışdı. Facebook saytda texniki problemlərin yaranmaması üçün çox qüvvə sərf etmişdi. Gün sona çatanda isə Facebook işçiləri gərgin iş gününü qeyd etdiblər.

Xatırladaq ki, Facebook, 13 İyun , Şənbə günü, yerli vaxtla 09:01-dən başlayaraq bu xüsusiyyəti istifadəyə vermişdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə