İT ilə bağlı 3-cü qrant müsabiqəsinin elan ediləcəyi vaxt açıqlandı

23-09-2015 / 12:26

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-cü  qrant müsabiqəsini elan etməyə hazırlaşır.

Fonddan Xeberler.az-a verilən məlumata görə, üçüncü qrant müsabiqəsi oktyabrın 1-də elan ediləcək.

Fonddan bildirilib ki, qrant müsabiqəsinin qaydaları və şərtləri müsabiqə elan olunduqdan sonra açıqlanacaq.

Qeyd edək ki, bu dəfə qrant müsabiqəsinin yalnız fiziki  şəxslərə şamil ediləcəyi  gözlənilir. Güman ki, bu onunla bağlıdır ki, hələ də 2-ci qrant  müsabiqəsində  qalib gələn hüquqi şəxslər qrantlarını ala bilməyib.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə