İxracyönümlü IKT məhsulların istehsalı stimullaşdırılacaq

19-02-2015 / 20:46

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ixracyönümlü məhsulların istehsalı üzrə layihələrin reallaşdırılmasını stimullaşdırmağı planlaşdırır.

Bu barədə nazir Əli Abbasov çərşənbə günü Xəzər-Avropa Klubunun (Caspian European Club) biznes forumunda çıxışında bəyan edib.
"Hazırda Azərbaycan ixracının strukturunda əsasən neft üstünlük təşkil edir. Bu səbəbdən neft ixracının genişləndirilməsi dövlətin əsas vəzifələrindən biridir. Hesab edirik ki, İKT sektoru məhz bu cür sahələrdən birinə çevrilə bilər", - deyə Ə.Abbasov qeyd edib.

Onun sözlərinə görə, ixracyönümlü məhsulların istehsalı və bununla məşğul olan şirkətlərin dəstəklənməsi RYTN üçün əsas prioritetlərdən biridir.
"Bu istiqamətdə layihələrin reallaşdırılması vergi və gömrük güzəştlərinin tətbiqi ilə dəstəklənə bilər. Bundan başqa, dövlət tərəfindən xüsusi şərtlərlə uzunmüddətli güzəştli kreditlər şəklində maliyyə dəstəyi göstəriləcək", - deyə Ə.Abbasov qeyd edib.

Nazir bildirib ki, hazırda RYTN ixracyönümlü məhsulların buraxılışı üzrə layihələrin reallaşdırılması məqsədilə maliyyə şirkətləri ilə fəal işə başlayıb.
Ə.Abbasov deyib ki, İKT sahəsində xarici şirkətlərlə birgə layihələrin reallaşdırılması yeni şərtlərlə həyata keçiriləcək. "Dövlət və xarici şirkətlər tərəfindən bu cür layihələrin maliyyələşdirilməsi bərabər nisbətdə (50:50) həyata keçiriləcək.
Bir sıra bu cür layihələr və xüsusi biznes mühitinin yaradılması üzərində işə artıq başlanılıb. Burada əsas məqsəd yeni bazarlara çıxışın təşkilidir", - deyə nazir vurğulayıb


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.