Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

23-12-2010 / 12:59

Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Nazir Əli Abbasov “İnkişafın Azərbaycan modeli - Neftdən sonrakı inkişaf” kitabının təqdimatında bildirib ki, 2020-2025-ci illərdə ölkənin İKT gəlirləri neft gəlirlərini üstələməlidir.

Bunun üçün İKT sektoruna daxili və xarici investisiyalar, xüsusilə iri xarici investisiyalar cəlb olunmalı, məhsul ixracı genişləndirilməlidir. Həmçinin Azərbaycanın başqa ölkələrdə də işləyə bilən transmilli şirkətləri yaradılmalı və onların fəaliyyəti aktivləşməli, İKT xidmətlərinin həcmi artırılmalı – internet bankçılıq və başqa xidmətlər yayılmalıdır. Qeyd edək ki, Nazir bu sahədə atılacaq əsas addımlardan biri kimi İKT bazarında fiskal siyasətin və hüquqi bazanın dəyişməsini vurğulayıb. O, İKT sektorunun inkişafı üçün bu sahəyə gömrük və vergi güzəştlərinin tətbiq edilməsini, bazar iştirakçıları üçün daha sərfəli pul-kredit şərtlərinin, əlverişli rəqabət mühitinin yaradılmasını, investisiyaların qorunmasının təmin edilməsini qeyd edib.

Nazir həmçinin İKT-nin bundan sonrakı inkişafı üçün lazım olan işlər arasında intellektual insan potensialının yaradılmasını da xüsusi vurğulayıb. Bu sahədə görülən işləri qeyd edən Nazir ölkədə İnformasiya Texnologiyaları Universitetinin yaradılması üzərində iş aparıldığını bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə