“Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanıb

10-03-2016 / 12:56

Azərbaycan Respublika Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubator və Kapital Bank ASC-nin birgə təşkilatçılığı ilə tələbələr arasında “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanın

İqtisad Universitetindən Xeberler.az-a verilən məlumata görə, müsabiqənin təşkilində məqsəd prezident İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Biznes ideyalar hazırlanarkən aşağıdakı tələblərin nəzərə alınması vacibdir:

  • İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu;
  • Modern, orijinal, kreativ və aktual yanaşma;
  • Layihənin daxili bazarda tətbiqinin reallığı;
  • Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı.

Biznes ideya esse, təqdimat, video-çarx və digər formatda ola bilər.

“Made in Azerbaijan” biznes ideya müsabiqəsində bütün universitetlərin tələbələri iştirak edə bilər.

 Müsabiqəyə qatılmaq istəyən tələbələr martın 10-dan aprelin 12-dək biznes ideyalarını elektron formatda http://unec.edu.az/biznes-ideya-2016/ səhifəsi vasitəsilə, yaxud biznesideya@unec.edu.az email ünvanına göndərə biləcək. Ekspert Şurası Biznes ideyaları 3 gün nərzində dəyərləndirərək , 6 finalçı müəyyənləşdirəcək.

Aprelin 19-da müsabiqənin final mərhələsində tələbələr biznes ideyalarınını təqdim edəcəklər və münsiflər heyəti 6 finalçı arasından 3 qalibi müəyyən edəcək.

 “Made in Azerbaijan” biznes ideya müsabiqəsində I yerin qalibi 1000, II yer 750, III yer isə 500 AZN mükafat qazanacaq.

Daha ətraflı məlumat üçün UNEC-in qaynar xətt (146-1-3) xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.