Mark 44 senatın qarşısında ifadə verdi- Video

12-04-2018 / 10:08

Məlum olduğu kimi, dünən Facebook-un rəhbəri Mark Zuckerberg ABŞ Konqresindən Cambridge Analytica skandalı ilə bağlı ifadə verib.

Xeberler.az məlumat verir ki, onun senatın qarşısındakı ifadəsi dünya mediasında ciddi müzakirələrə səbəb olub.

Belə ki, "Facebook, Sosial Media Gizliliyi və Məlumat İstifadəsi və sui-istifadə” adlı iclasda ifadə verən Mark-ın bu mövzu ilə bağlı doğruları deməsi tələb edilib.

O, Londonda yerləşən Cambridge Analytica-nın ABŞ-da və Böyük Britaniyada mühüm siyasi seçkilərdə təsir göstərmək üçün 87 milyon Facebook istifadəçisinin öz hesablarından icazəsiz şəkildə topladığı məlumatları manipulyasiya üçün istifadə etməsi ilə bağlı 44 ABŞ Senatının qarşısında ifadə verib. 

İclasda demokrat Senator Dik Durbin-in sualları və Mark-ın buna münasibəti maraqla qarşılanır. Belə ki, şirkət rəhbəri suallara cavab verməkdə çətinlik çəkib. 

Durbin : Görəsən, dünən gecə hansı oteldə qaldığınızı bizimlə paylaşa bilərsiniz?

Zuckerberg: (Uzun bir səssizlikdən sonra) Hmmm. Xeyir.

Durbin: Əgər bu həftə kimsə ilə mesajlaşdıysanız, bu şəxsin kim olduğunu bizə bildirərdiniz?

Zuckerberg: Xeyir, Senator, bunu açıq şəkildə burada izah etmək istəmirəm.

Durbin: (Məlumatları sızan Facebook istifadəçiləri xatırladır). Bütün suallar məhz bu məsələ ilə bağlıdır. Gizlilik hüquqları. Məxfilik hüquqlarınıza dair məhdudiyyətləriniz. Və modern ABŞ-da insanları "birləşdirərkən" bundan nə qədər imtina etdiyiniz...

Zuckerberg çıxışında Facebook-un məlumat sızmasının qarşısını almaq üçün çox səy göstərmədiyini deyib.

Onun sözlərinə görə, şirkətin yaratdığı yeni alətlərindən saxta xəbərlər, seçikləri manupilyasiya etmək üçün istifadə edilib.

O, şirkətin istifadəçilərə qarşı geniş məsuliyyət tətbiq etmədiyini qəbul edərək baş vermiş hadisənin böyük səhv olduğunu deyib:

“Bu böyük bir səhv idi, mənim səhvim idi və mən də buna görə üzr istəyirəm".

Şirkət rəhbəri Cambridge Analytica hadisədində insanların məlumatlarını qorumaqda uğurlu olmadıqlarını qəbul edərək sosial şəbəkənin artıq böyük bir məlumata sahib olan bütün tətbiqləri araşdırdığını vurğulayıb.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə