Facebook-un qurucusu Mark Zuckerberg Oculus şirkətinin günahlandırıldığı məhkəmədə hakim qarşısına çıxıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət rəhbəri həm Oculus-u müdafiə edib, həm də virtual reallıq texnologiyalarına milyardlarla dollar investisiya edəcəklərini açıqlayıb.
Xatırladaq ki, bir müddət öncə Facebook virtual reallıq texnologiyaları üzərində işləyən Oculus-u 2 milyard dollardan çox bir rəqəmlə (3 milyard dollara qədər) satın aldı və bu sahədə ciddi addımlar atacağını vurğuladı. Amma bu satınalmadan sonra ZeniMax Media adlı şirkət Oculus-un onların texnologiyasını istifadə etdiyi iddiasıyla məhkəməyə müraciət etdi.
Mark Zuckerberg bununla bağlı məhkəməyə çağrılıb və Oculus-u müdafiə edib.
ZeniMax-ın iddilarının əsassız olduğunu deyən Mark, Oculus məhsullarının Oculus texnologiyası üzərində hazırlandığına əmin olduqlarını vurğulayıb:
"Bu olduqca yayqın bir vəziyyətdir, böyük bir iş edəcəyinizi elan edəndə bəziləri çıxar və işin bir hissəsinin ona aid olduğunu deyər. Məhkəmədəki çox adam kimi mən də ZeniMax-ı haqqında ilk dəfə eşidirəm”.
Zuckerberg həmçinin virtual reallığa nə qədər investisiya edəcəkləri mövzusunda rəqəmləri də açıqlayıb.
Onun sözlərinə görə, bu sahə sürətlə inkişaf edir və qarşıdakı 10 ildə bu sahəyə 3 milyard dollardan çox investisiya etmək məcburiyyətində qalacaqlar.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri