Məktəblilər İT bacarıqlarına görə mükafatlandırıldı

31-08-2017 / 21:07

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə ödənişsiz həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başa çatıb.

Xeberler.az-ın məlumatına görə, bu gün Bulvar Hotel Bakı-da mükafatlandırma mərasimi keçirilib və 50 nəfər məktəbliyə sertifikat təqdim olunub.

Hal-hazırda texnologiyaların inkişafı və artımı ilə iqtisadiyyatda baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq üçün rəqəmsal savadlılığa yiyələnmək başlıca rol oynayır. Bunu nəzərə alaraq məktəblilər üçün “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edib. 15 iyul-25 avqust tarixlərində baş tutan layihədə 50 məktəbli iştirak edib. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar.

“Coding Kids – Summer IT School” layihəsi çərçivəsində 9-11 və 12-15 yaşlı məktəblilər üçün həftədə 3 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən dərslər aparılıb. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.