Məşhur elektron pul vahidləri-Siyahı

19-07-2017 / 12:55

Son günlər dünya mediasında  bitcoin-in iki hissəyə parçalanacağı ilə bağlı iddialar müzakirə olunmaqdadır. Belə ki, qeyd olunur ki,  bu pul vahidini ciddi təhlükə gözləyir. (Bu barədə saytımızda ətraflı şərh olacaq) .

Belə olan halda artıq alternativ kriptovalyutalara maraq daha da artıb.

Xeberler.az webrazzi-yə istinadən 6 alternativ elektron pul vahidlərini təqdim edir:

Litecoin (LTC)

İlk olaraq 2011-ci ildə qarşımıza çıxan Litecoin (LTC) Google-un köhnə mühəndislərindən MIT məzunu Charlie Lee tərəfindən yaradılıb. Bitcoin-ə çox bənzəyən Litecoin hazırda 43.49 dollardan əməliyyat həyata keçirə bilir.

Ethereum (ETH)

Bitcoin-dən sonra ən məşhur kripto pul vahidlərindən olan və 2015-ci ildə Vitalik Buterin tərəfindən qurulan Ethereum son zamanlarda geriləmə yaşasa da, Rusiyada dövlət dəstəyini arxasına alaraq diqqətləri çəkməyi bacarıb.

İyun ayında 300 dollar səviyyələrinə qədər yüksələn Ethereum hazırda 194 dollardan əməliyyat edə bilir.

Zcash (ZEC)

Bir mərkəzə sahib olmayan açıq qaynaq kodlu kripto pul vahidi olan Zcash 2016-ci ildə istifadəyə təqdim edilib. İyun ayının əvvəllərində böyük bir yüksəliş yaşayan, iyul ayı etibarilə  geriləyən Zcash-in bazar dəyəri isə 340 milyon dollar ətrafındadır. Onu da xatırladaq ki, Zcash-in iyunun əvvəllərində bazar böyüklüyü isə 600 milyon dollara yüksəlib.

Dash

Darkcoin olaraq tanınan Dash bitcoin-in daha gizli bir versiyası olaraq xidmət verir. 2014-ci ilin yanvar ayında qarşımıza çıxan Dash Evan DUFFIELD tərəfindən qurulub. Hazırda 157 dollardan əməliyyat görən Dash-in bazar böyüklüyü isə 1.16 milyard dollardır.

Ripple (XRP)

Real vaxt və sürətli transferlər vəd  edərək rəqiblərindən fərqlənən Ripple (XRP), 2012-ci ildə istifadəyə təqdim edilib. Digər kripto pul vahidlərinin əksinə dağ-mədən ilə işləməyən Ripple-ın bazar böyüklüyü isə təxminən 1 ildə 235 milyon dollardan 6.9 milyard dollara qədər yüksəlib.

Monero (XMR)

Təhlükəsizliyi ilə ön plana çıxan Monero 2014-ci ilin aprel ayında istifadəyə təqdim edilib. Təməlində hədiyyə sistemini əsas götürənMonero təxminən 35 dollar səviyyələrindən əməliyyat görür. Ötən ilin sentyabr ayı etibarilə yüksəlişə keçən Monero-nun bazar dəyəri iyul ayı etibarilə 529 milyon dollara yüksəlib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.