Milli İnternet Mükafatının qalibləri elan olunacaq

18-12-2017 / 12:05

Milli İnternet Mükafatı – MilliNet2017 Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, toplantıda yekun səsvermənin nəticələri və təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə edilib.

Toplantıda MilliNet 2017 müsabiqəsində səsvermənin 2-ci mərhələsinin uğurla başa çatdığı bildirilib.

Yekun səsvermə prosesi Nominanat statusu qazanan 96 internet resurs (53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu ) arasında  10 gün davam edib. Bütövlükdə resursların qiymətləndirilməsində 23 münsifdən 19-u iştirak edib.

Saytların qiymətləndirilməsi onlayn formada, mobil tətbiqlər və sosial resursların qiymətləndirilməsi isə oflayn formada həyata keçirilib.

Qeyd edək ki ümumiyyətlə müsabiqəyə 392 internet resrs təqdim edilib ki, onlardan da Qaydalara uyğun olan 291 resurs müsabiqəyə buraxılmışdı.

2 Münsif səsvermədə iştirak etməyib, digər iki münsif isə qiymətləndirməni tam olaraq başa çatdırmadığı üçün onların yarımçıq səsvermə nəticələri ləğv edilib.

MilliNet 2017 qaliblərinin adları  Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasimində açıqlanacaq.

Təqdimat mərasimindən sonra sayt sahibləri münsiflərin verdiyi ballar və onların əsaslandırması ilə öz hesablarına daxil olmaqla tanış ola biləcəklər.

Yekun təqdimat mərasimi  dekabrın 20-də  Boulevard oteldə keçiriləcək. 

Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işləri artıq başa çatıb. Azərbaycan İnternetinin əsas tədbiri olan MilliNet yekun təqdimat mərasimində İnternet və İKT ictimaiyyətinin 170 nümayəndəsinin iştirakı gözlənilir.

Təqdimat mərasiminin internetdə canlı olaraq yayılması nəzərdə tutulub.

Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə MilliNet–in xüsusi mükafatı – hörümçək toru əks olunan buta və qiymətli hədiyyələr təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə də diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.

Müsabiqəyə LENOVOBestCompNOVANEURONİnnovasiya Mərkəzi  və Yello şirkətləri də dəstək verirlər.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.