“Milli Net 2014” qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2014 / 11:47

Dekabrın 19-u saat 18.00-da Bakı Biznes Mərkəzində Milli Net 2014 qaliblərinin təqdimat mərasimi keçiriləcək.

Milli İnternet Mükafatı Təşkilat komitəsindən Xeberler.az-a verilən məlumata görə, 
bu il  Milli Net-ə 14 nominasiya üzrə 322 sayt təqdim olunub və onlardan yalnız 272 sayt yarışmaya buraxılıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 272 sayt arasından ən yaxşılar olan 78 sayt nominant statusu alıb.

Azərbaycan İnternet Forumunun 3 istiqamət üzrə formalaşdırdığı münsiflər heyəti 2-ci səsvermə prosesində 78 nominant arasından ən yaxşılarını seçəcək.

Təqdimat mərasimində qaliblərə Milli Net-in əsas mükafatı təqdim olunacaq, fərqlənənlərə isə diplomlar veriləcək. Qaliblərə sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunacaq.

Milli Net qaydalarına uyğun olaraq münsiflərin hər bir nominant üzrə verdiyi qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, internet ictimaiyyətinin nümayəndələri və milli internet resurs sahiblərindən ibarət 200 nəfərin iştirakı gözlənilir.

Azərbaycan internetinin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin sentyabr ayında start verilib.

Milli Net-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin baş sponsoru Azercell şirkətidir. Delta Telecom və BestComp şirkətləri də Milli İnternet mükafatına dəstək verirlər.

 

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə