Previous Next
Bağla

Milli Net 2015-in qalibləri açıqlandı-Fotolar

18-12-2015 12:04
Milli Net 2015-in qalibləri açıqlandı-Fotolar

Dünən Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı - Milli Net 2015  qaliblərinin təqdimetmə mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında və müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. 

O, Milli Net 2015-ə  14 nominasiya üzrə 374 internet resurs təqdim olunduğunu və onlardan yalnız 299 saytın yarışmaya buraxıldığını bildirib.

Osman Gündüz  Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  münsiflər heyəti 2-ci səsvermə prosesində 97 Nominant arasından ən yaxşılarını seçdiyini deyib.

AİF prezidenti  müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar  nazirliyi, Azercell,  Delta Telekom , BestComp və Aromania.az şirkətlərinə minnətdarlığını bildirib.

O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasimində Azercell şirkətinin rəsmisi Nigar Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə internetin, xüsusilə də mobil internetin  və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

 O, gələcəkdə də İnternetin inkişafı  istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara mükafatlar, diplomlar və hədiyyələri təqdim edilib.

Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.

Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  rol oynadığını və müsabiqənin davamlı olmasını arzuladıqları bildirib.

Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Qeyd edək ki, təqdimat mərasimi canlı yayımlanıb.

 Qaliblərin siyahısı millinet.az da yerləşdirilib.

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Tədbirin  bütün fotoları ilə buradan tanış ola bilərsiniz.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.

Delta Telecom və BestCom və Aromania.az şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

 Milli Net  müsabiqəsi artıq 7-ci ildir  ölkəmizdə keçirilir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Milli Net 2014” qaliblərinin adları açıqlandı

“Milli Net 2014” qaliblərinin adları açıqlandı

20-12-2014
Milli İnternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçirilib

Milli İnternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçirilib

20-12-2012
“Milli Net 2013” qaliblərinin təqdimat mərasimi keçirilib

“Milli Net 2013” qaliblərinin təqdimat mərasimi keçirilib

24-12-2013
MilliNet 2016-nın qalibləri açıqlanıb-Fotolar

MilliNet 2016-nın qalibləri açıqlanıb-Fotolar

23-12-2016
Milli Net 2011 qaliblərinin təqdimetmə mərasimi keçirilib

Milli Net 2011 qaliblərinin təqdimetmə mərasimi keçirilib

24-12-2011
Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçirilib

Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçirilib

24-12-2018
Milli İnternet Mükafatının qalibləri-Foto

Milli İnternet Mükafatının qalibləri-Foto

21-12-2017
Milli Net 2011-in qaliblərinin adları açıqlanıb

Milli Net 2011-in qaliblərinin adları açıqlanıb

23-12-2011
Milli Net müsabiqəsinin təqdimat mərasimi canlı yayımlanır

Milli Net müsabiqəsinin təqdimat mərasimi canlı yayımlanır

17-12-2015
Sabah Milli Net 2015-in qalibləri açıqlanacaq

Sabah Milli Net 2015-in qalibləri açıqlanacaq

16-12-2015
Milli Net 2015-də yekun səsvermə başa çatdı

Milli Net 2015-də yekun səsvermə başa çatdı

14-12-2015
Bu gün Milli İnternet Mükafatı-nın qalibləri açıqlanacaq

Bu gün Milli İnternet Mükafatı-nın qalibləri açıqlanacaq

17-12-2015
Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək

Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2012
Sabah “Milli Net 2013” qaliblərinin təqdimat mərasimi keçiriləcək

Sabah “Milli Net 2013” qaliblərinin təqdimat mərasimi keçiriləcək

23-12-2013
Milli Net -2010 Qaliblərinin adları açıqlandı

Milli Net -2010 Qaliblərinin adları açıqlandı

06-12-2010
Milli Net 2011 qaliblərinin təqdimat mərasimi keçiriləcək

Milli Net 2011 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2011
Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

22-12-2016
Bu  gün Milli Net -2011 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Bu gün Milli Net -2011 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

23-12-2011
MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

16-12-2023
Sabah Milli Net -2010-un qalibləri bilinəcək

Sabah Milli Net -2010-un qalibləri bilinəcək

03-12-2010
Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçiriləcək

Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçiriləcək

21-12-2018
“Milli Net 2014” qaliblərinin təqdimat mərasimi keçiriləcək

“Milli Net 2014” qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2014
Milli Net -2009 Müsabiqəsinin qaliblərinin adları açıqlandı!

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin adları açıqlandı!

19-12-2009
Xəzər Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

Xəzər Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

02-11-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə