Milli saytlarımızı oxuyun və faydalanın - Rubrika

22-08-2015 / 12:54

Xeberler.az olaraq “MİLLİ RESURSLAR” rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan layihəmizdə bu dəfə bagcam.az, azerbaijan.travel, sportnews.az saytları haqqında qısa məlumat təqdim edirik.

bagcam.az- Uşaq portalı

Dizayn: Müasir veb texnologiyaları əsasında tərtib olunan sayt ultra müasir görünüşə malikdir. Saytın görünüşündə vahid şriftdən və rəngdən istifadə olunub. Saytın dizaynı nəzərdə tutulan auditoriyaya uyğun hazırlanıb.

Məzmun: Saytda uşaqların psixologiyası, sağlamlıqları, təhsili və əyləncəsi ilə bağlı məqalələr, məsləhətlər, xəbərlər və mütəxəssislərin fikirləri yerləşdirilib.

Funksionallığı:  Sayt funksionallıq baxımından çox gözəl hazırlanıb. Saytın strukturu və naviqasiya sistemi istifadəçi üçün çox rahatdır. Portalın əsas səhifəsində özəl üzvlər,son əlavə olunanlar, rayonlar üzrə müəssisələr və bağça axtarış sistemi mövcuddur.

 

azerbaijan.travel- Turizm portalı

Dizayn: Ultra müasir üsluba malik sayt ən müasir veb texnologiyaları əsasında qurulub. Sayt ziyarətçilərə çox gözəl görünüş təqdim edir. 

Məzmun: Saytda Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, turistlər üçün xidmətlər, regionlar haqqında məlumatlar və ölkənin əyləncə obyektləri haqqında ətraflı məlumat verilir.

Funksionallığı: 7 dildə fəaliyyət göstərən sayt funksionallıq baxımından da uğurludur. Saytda yerləşdirilən məlumatlar kateqoriyalara uyğun yerləşdirilib. Saytın axtarış və naviqasiya sistemi çox gözəl hazırlanıb.

 

sportnews.az- İdman portalı

Dizayn: Müasir veb texnologiyaları əsasında qurulan sayt sadə görünüşə malikdir. Saytın görünüşündə vahid şriftdən və rəngdən istifadə olunub.

Məzmun: Saytda müxtəlif idman növləri ilə bağlı xəbərlər,canlı hesablar,idmanla bağlı videolar yerləşdirilib.

Funksionallığı: Saytda hər bir məlumat idman kateqoriyaları üzrə yerləşdirilib. Saytın strukturu və naviqasiya sistemi də çox funksionaldır. Bundan başqa saytda onlayn TV izləmək də mümkündür.

                                           

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.