MilliKart MMC-nin İştirakçılarının növbədənkənar iclası keçirilib

09-07-2018 / 17:16

12 iyun 2018-ci il tarixində Rabitəbank ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin sədrliyi ilə MilliKart MMC-nin İştirakçılarının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

Xeberler.az məlumat verir ki, iclasın gündəliyinə MilliKartın 2019-2021-ci illər üzrə inkişaf strategiyasının müəyyən edilməsi, 2017-ci il üzrə Təftiş Komissiyası tərəfindən hazırlanmış audit hesabatının müzakirəsi və təsdiq edilməsi, Direktorlar Şurasının tərkibinə yenidən baxılması, MilliKarta yeni İştirakçıların cəlb edilməsi və digər məsələlər daxil edilib.

Belə ki, iclasda, MilliKartın 2019-2021-ci illər üzrə inkişaf strategiyası istiqamətində bir sıra qərarlar qəbul edilib, 2017-ci il üzrə Təftiş Komissiyası tərəfindən hazırlanmış audit hesabatı təsdiq edilib, Direktorlar Şurasının yeni tərkibi təsdiqlənərək Azərbaycan Sənaye Bankı ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan Şuranın yeni sədri təyin edilib, həmçinin MilliKarta yeni İştirakçıların cəlb edilməsinə dair müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, MilliKart 2005-cı ildən etibarən ölkədə fəaliyyət göstərən maliyyə institutlarına kart prosessinq xidmətlərini göstərir. Hazırda MilliKart tərəfindən bank, Azərpoçt, bank olmayan kredit təşkilatları (BOKT), investisiya, sığorta və digər təşkilatlara müxtəlif növ xidmətlər göstərilir.(BBN)

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.