Azərbaycanda fəaliyyət göstərən mobil operator “Bakcell” MMC-nin Direkorlar Şurasında dəyişiklik baş verib.
Xeberler.az bildirir ki, 2021-ci ildən NEQSOL Holding-in Telekom Rəhbəri vəzifəsində çalışan Vasil Latsaniç Holding-in tərkibində fəaliyyət göstərən Bakcell şirkətinin ali idarəetmə orqanı olan Direktorlar Şurasının Sədri təyin edilib. V.Latsaniç həmçinin NEQSOL Holding-ə məxsus olan Vodafone Ukrayna telekommunikasiya şirkətinin Direktorlar Şurasının üzvüdür.
V.Latsaniç, bu vəzifədə Lotar Haynrix Andreas Paulini əvəzləyib. L.H.A.Pauli isə Bakcell şirkətinin Direktorlar Şurasının üzvü olaraq qalır.
NEQSOL Holding-ə qoşulmazdan öncə, V.Latsaniç 2018-2020-ci illərdə 40 milyon müştəriyə xidmət göstərən, mobil və sabit telekommunikasiya operatoru olan Beeline Rusiya şirkətinin Baş İcraçı Direktoru vəzifəsində çalışıb. 2017-ci ildə o, Niderlandda yerləşən VEON beynəlxalq telekommunikasiya qrupunun Vitse-Prezidenti vəzifəsində çalışıb. Daha əvvəl isə V.Latsaniç 16 il ərzində müxtəlif ölkələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.
Hazırda Bakcell şirkətinin ali idarəetmə orqanında Yusif Cabbarov Sədr müavini, Riçard Şirer, İlter Terzioglu, Cenk Serdar Direktorlar Şurasının üzvləridirlər. Rayner Ratgeber şirkətin Baş İcraçı Direktorudur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri