Mayın 25-də Regional Əməkdaşlıq Birliyinin (RSS) növbəti iclasında Poçt Komissiyası və RSS Poçt Operatorları Şurası yanında Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun 6-cı iclası keçirilib. Onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin nümayəndəsi iştirak edib.
Xeberler.az məlumat verir ki, iclası RSS Poçt Komissiyası və RSS Poçt Operatorları Şurası yanında Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun sədri Aleksandr Sergeyev açıq elan edib. İclasda 2021-2022-ci illər üçün Rabitə Sahəsində Regional Birliyin Poçt Təhlükəsizliyi üzrə İşçi Qrupunun İş Planının icrası məsələləri müzakirə olunub. Tədbirdə vacib məsələlər müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.
İclasda RSS Poçt Operatorları Şurasının həqiqi üzvləri – Azərbaycan (“Azərpoçt” MMC), Belarus (“Belpochta” RUE) , Qazaxıstan (“Kazpoçta” ASC), Qırğızıstan (“Qırğız Poçt Şöbəsi” Dövlət Müəssisəsi), Rusiya (“Rusiya Poçt” ASC), Tacikistan (“Post Toçik” Dövlət Birliyi Müəssisəsi), Özbəkistan (“Özbəkistan Poçtu” SC) və RSS İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri