Previous Next
Bağla

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

26-05-2016 12:22
DİM-in Direktorlar Şurasının  növbəti iclası keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov və Niyazi Hacıyev iştirak ediblər (Şuranın üzvü Fariz İsmayılzadə xarici ezamiyyədə olduğuna görə iclasda iştirak etməyib).

İclas zamanı ilk iclasda müzakirə olunmuş məsələlərin icra vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi aparılıb. Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinin layihəsi nümayiş etdirilib, layihəyə dair ümumi rəy müsbət olub, saytın yaxın günlərdə istifadəyə verilməsi, səhifədə hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin yerləşdirilməsi qərara alınıb.

İclasda Şura üzvlərinə rəy və təkliflərini təqdim etmək üçün DİM-in yeni strukturunun layihəsi təqdim olunub.

Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov dövlət qulluğuna qəbul sahəsində son 1 ay ərzində görülən işlər barədə hesabat təqdim edib, hesabatda ehtiyat kadrlar, müsabiqədən və müsahibədən keçərək vəzifəyə layiq görülən namizədlərin dövlət orqanları tərəfindən vəzifəyə təyin edilməməsi məsələlərinə toxunulub, məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyələrinə qəbul kampaniyasının indiki mərhələsində aktual olan məsələlər barədə məruzə təqdim edib, məruzədə tələbə qəbulu planları, magistraturaya qəbul imtahanının I mərhələsindən sonra proqramlar üzrə yaranmış müsabiqə vəziyyəti, Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqənin müsbət və mənfi nəticələri, sınaq imtahanlarının və əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə dair ilkin statistik təhlil, sınaq imtahanlarının iştirakçılarının tərkibi və ümumi nəticələrin proqnozlaşdırılması barədə ətraflı məlumat verilib. 

Toxunulan məsələlər ətrafında müzakirələr aparılıb, Şura üzvləri öz təkliflərini irəli sürüblər.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DİM-in yeni saytı və Facebook səhifəsi istifadəyə veriləcək

DİM-in yeni saytı və Facebook səhifəsi istifadəyə veriləcək

22-04-2016
DİM-in Direktorlar Şurasının ilk iclası keçiriləcək

DİM-in Direktorlar Şurasının ilk iclası keçiriləcək

20-04-2016
Dövlət İmtahan Mərkəzinin Direktor Şurasına üzvlər təyin olunub

Dövlət İmtahan Mərkəzinin Direktor Şurasına üzvlər təyin olunub

20-04-2016
DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

30-11-2016
Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017
“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017
Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018
“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

19-06-2017
Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021
TQDK ləğv olundu-Fərman

TQDK ləğv olundu-Fərman

12-04-2016
İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

02-06-2023
DİM yenilənmiş saytını təqdim edib

DİM yenilənmiş saytını təqdim edib

25-12-2017
Magistraturaya qəbul imtahanlarının elektron formata keçirilə bilər

Magistraturaya qəbul imtahanlarının elektron formata keçirilə bilər

24-04-2025
Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

17-03-2023
Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

19-12-2016
Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

25-04-2016
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016
“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

02-11-2024
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

18-09-2025
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

10-03-2026
DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017
NRYTN yanında  İctimai Şuranın iclası keçirilib

NRYTN yanında İctimai Şuranın iclası keçirilib

15-07-2021
MilliKart MMC-nin İştirakçılarının  növbədənkənar iclası keçirilib

MilliKart MMC-nin İştirakçılarının növbədənkənar iclası keçirilib

09-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə