Mobil oyunlar məşhur seriallara rəqib olmağa başlayıb

05-07-2017 / 09:37

Hazırda dünyada mobil oyun bazarı hər keçən gün daha da böyüyür.

Türkiyədəki mobil oyunçu profilini müəyyən etmək üçün araşdırma edən AdColonyNielsen Türkiyə ölkədə mobil oyunçuların 51.6 faizinin qadın istifadəçilərdən təşkil olunduğunu açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, araşdırma İstanbul, Ankara, İzmir, Trabzon, Gaziantep və Ərzurum başda olmaqla, 12 ildə, 15-65 yaşlar arasında sosial-iqtisadi status qrupları arasında aparılıb.

Araşdırma nəticəsində ortaya çıxan məlumatlar isə olduqca maraqlıdır.

Hər iki nəfərdən ən az biri mobil oyun oynayır

Araşdırmaya görə, yalnız gənclər deyil, yuxarı yaş qrupları da aktiv olaraq mobil oyunlar oynayır.

Aparılan sorğulara görə, ağıllı telefon və tablet istifadəçilərinin 15-17 yaş qrupunun 90.1 faizi, 45 yaşdan yuxarı isə 78 faizi ağıllı telefonlarında mobil oyunlar oynayır.

Mobil oyun mövzusunda qadın istifadəçilər öndədir

Məlumata görə, oyunçuların 51.6 faizini qadın istifadəçilər təşkil edir. Ümumi olaraq PC və konsol oyunları deyildiyində kişi istifadəçilərin böyük bir üstünlüyünü görürük.

Mobil oyunlar məşhur seriallara rəqib olmağa başlayıb

Araşdırma ilə ortaya çıxan bir digər maraqlı məlumat isə mobil oyunların ölkədə olduqca məşhur olan seriallara rəqib olmağa başlamasıdır. Belə ki, mobil oyun oynama nisbətləri ən yüksək olduğu saatlar yüzdə 43 ilə eyni anda serialların da yayımlandığı 20:00 - 23:00 saatları arasındakı “prime time” müddətidir.

Araşdırmaya qatılan mobil oyunçuların 56 faizi televizor izləyərkən mobil oyun oynamağı üstün tutduqlarını deyib.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.