“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018 / 11:00

Prezident İlham Əliyev Davosda Mastercard  şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb.

Xeberkler.az bildirir ki, Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə Mastercard şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını  deyib.

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında Mastercard-dan geniş istifadə edildiyini deyən Tim Mörfi Mərkəzi Bankla, həmçinin digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması barədə müvafiq orqanlar qarşısında vəzifələr qoyulduğunu bildirib.

Dövlətimizin başçısı bu layihələrdə Mastercard-ın yaxından iştirak etməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.