Nar-dan rominqdə olanlar üçün yenilik

05-06-2017 / 16:40

Nar rominqdə olan abunəçilər üçün əlverişli “Tətil” paketlərini təqdim edib.

Xeberler.az-ın məlumatına görə, sərfəli internet paketləri sayəsində Nar abunəçiləri artıq xaricdə də özlərini evdəki kimi hiss edəcəklər.

Bundan sonra səfərdə olarkən, Wi-Fi axtarmağa ehtiyac qalmayacaq. Səfərə çıxdıqda, Nar-ın “Tətil”paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.  

Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil – 2” və 600 Mb həcmindəki “Tətil – 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. “Tətil” paketləri ABŞ, İsrail, Ukrayna, Gürcüstan, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi ölkələri əhatə edir.

 İstifadə müddəti 15 gün olan paketlərdə hesablama intervalı 40 Kb təşkil edir. İnternet paketlərdən öncədən və sonradan ödənişli tariflərin istənilən abunəçisi istifadə edə bilər. Təklif həmçinin Nar data nömrələri üçün nəzərdə tutulub. Abunəçi istədiyi sayda paket sifariş edə bilər. Bu zaman internet trafikin istifadəsi sonuncu sifariş olunan paketin tarixinə əsasən hesablanır. “Tətil – 2” paketinə qoşulmaq üçün *777#102#YES, “Tətil – 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir.

Nar rominq xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə