Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018 / 12:35

Nar bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə davam edir. Elm və təhsilin inkişafına dəstəyilə seçilən Nar bu il Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan tələbələr üçün Təqaüd proqramı elan edib. Proqram çərçivəsində 2018-2019-cu tədris ilində 5 tələbəyə aylıq təqaüd veriləcək.

Xeberler.az məlumat verir ki, təqaüd proqramı, ilkin olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də aylıq təqaüdün verilməsi planlaşdırılır.

Nar təhsil və maariflənmənin inkişafına yönəlik KSM strategiyası çərçivəsində təhsil müəssisələri və müvafiq qurumlarla tərəfdaşlıq münasibətləri qurur, tələbələr üçün həvəsləndirici aksiyalar keçirir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. KSM strategiyası çərçivəsində Nar həmçinin fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası edilməsi istiqamətində müxtəlif uğurlu layihələr həyata keçirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə