UNEC-də “Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək.
Xeberler.az bildirir ki, oktyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində proqram haqqında ətraflı məlumat veriləcək.
Azercell Telekom MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir. Tələbə Proqramı 2015 üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.
Azercell Tələbə Proqramının məqsədi:
- Müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək,
- Yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq,
- Korporativ sosial məsuliyyətli fəaliyyətlərimiz çərçivəsində cəmiyyətimizə töhfə vermək.
Kimlər müraciət edə bilər?
- Ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil alan və yaxşı qiymətləri olan tələbələr;
- Yalnız Azərbaycan Respublikasının ali məktəblərinin tələbələri
- Yalnız Azərbaycan Respublikasının vətəndaşları
Proqrama müraciətlərin son qəbul tarixi – 25 Oktyabr 2015-ci il.
Sual və əlavə məlumat üçün [email protected] e-mail ünvanına və (012) 4967007 telefon nömrəsinə müraciət edə bilərsiniz.
Təqdimatda iştirak yalnız qeydiyyat əsasında mümkündür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri