Onlayn sistemdə yaranan problemlə bağlı xüsusi komissiya yaradıldı

10-05-2018 / 12:13

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.

Xeberler.az-ın məlumatına görə, komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.

Xatırladaq ki, mayın 7-də sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən 1 saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub.

Sosial şəbəkələrdə yer alan məlumatlara görə, sistemdə problemlər ucbatından təxminən 1 600 vətəndaşa mənzil əldə etdiyinə dair bildiriş təqdim edilib. Bundan sonra narazı şəxslər MİDA-nın ofisi qarşısına yığışıb.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.