Güzəştli mənzil seçimi üçün ödəniş qarşılığında “kömək” təklif edənlər var

08-07-2022 / 20:34

Sosial şəbəkələrdə hələ də bəzi insanlar “kömək” təklif edirlər.

Xeberler.az bildirir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı “Sosial şəbəkələrdə xüsusi səhifələr və ya bəzi şəxslər mənzil seçimi ilə bağlı ödəniş qarşılığında öz köməyini təklif edir. MİDA bu halların qarşısını üçün hər hansı tədbirlər görürmü?” sualına cavabında deyib.

O bildirib ki, MİDA bu hallarla rastlaşanda müvafiq tədbirlər görür: “Vətəndaşlardan da xahişimiz budur ki, bu kimi hallarla rastlaşanda müraciət etsinlər və biz bunun qarşısını alaq”.

Fərman Qurbanlının sözlərinə görə, artıq sistemi elə hala gətirmək istəyirlər ki, hansısa proqramçılar demo versiya vasitəsilə sistemin eynisini düzəldə bilməsinlər: “Bunun üçün artıq sistemdə təhlükəsizlik tədbirləri görülür. Demo versiya ilə əsas versiya arasında müəyyən fərqlər olacaq ki, işbazlar bura müdaxilə edə bilməsinlər. Sistem hazır hala gələndən sonra növbəti mərhələ ilə bağlı elan yerləşdiriləcək”. (Apa)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə