Previous Next
Bağla

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019 17:27
1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsaslanaraq ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, güzəştli mənzillərlə təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin icrasını uğurla davam etdirir.

Xeberler.az bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 16.10.2019 və 18.10.2019-cu il tarixlərində  “Elektron hökumət” portalı (www.e gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alqı-satqısı uğurla başa çatdırılmışdır. Həmin mənzillərdən 17-si 18 oktyabr 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilmişdir. Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz. Ümumilikdə bu günədək keçirilən 5 satışın nəticəsində 1385 ailə MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olmuşdur. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si 1 otaqlı, 794-ü 2 otaqlı, 344-si isə 3 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilmişdir.

Qeyd edək ki, 25.12.2019-cu il tarixində Kompleksdə qalan 248 mənzilin satışı həyata keçiriləcəkdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılmışdır. Hal-hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

Elektron hökumət portalı üzərindən 278 mənzilin alqı-satqısı başa çatıb

10-12-2018

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023

Güzəştli mənzillərin yeni partiyası satışa çıxarıldı

29-03-2019

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019

Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

04-12-2025

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

28-09-2022

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları genişləndirilib

27-05-2021

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə