Previous Next
Bağla

Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

17-05-2018 15:50
Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

Məlumat verdiyimiz kimi, bu yaxınlarda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemində problem yaşanıb.

Belə ki, mənzillərin onlayn satışı həyata keçirilib. Sistem isə bu satışın öhdəsindən gələ bilməyib. Saytda yüklənmələr olub və minlərlə insana alqı-satqı ilə bağlı bildirişlər gedib.

Proble istifadəçilərin ciddi narazılığına səbəb olub. Ekspertlər də qeyd edir ki, “Çökən” sistemə 760 min manat xərclənib, amma sayt mənzillərin satışını həyata keçirə bilməyib.

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradıldı.

Bəs görəsən bundan sonra necə olacaq? Nəticələr , ümumiyyətlə, ləğv oluna bilərmi?

Məsələ ilə bağlı MİDA-dan bildirilmişdi ki, hazırda komissiya şikayətləri araşdırır.

Belə ki, 10 gün ərzində bu barədə vətəndaşlara ətraflı cavab veriləcək.

Nəticələrin ləğvinə gəlincə isə qeyd edilib ki, yalnız komissiyanın qərarından sonra bu barədə danışaq mümkün olacaq. Hələlik isə qeyd edilən məsələ ilə bağlı araşdırmalar aparılır.

MİDA məsələ ilə bağlı açıqlamaa yayıb.

Məlumatda deyilir ki, satışa çıxarılan mənzillərin seçimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalında (e-gov.az) yaradılan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir.

“Güzəştli mənzil” elektron sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin edir. Satışın bu sistem vasitəsilə təşkilinin əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılma zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

Bu günə qədər “Güzəştli mənzil” sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib.

Mayın 7-də başlanmış ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb.

Eyni zamanda “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1 703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib.

Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub.

Mənzillərin seçimi mərhələsində baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə MİDA-da müvafiq Komissiya yaradılıb. Bununla yanaşı, sözügedən elektron sistemləri yoxlayaraq, güzəştli mənzillərin seçimi zamanı baş vermiş nasazlıqlar və nöqsanlar haqqında ətraflı rəy verməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət olunub. Eyni zamanda elektron sistemin dayanıqlı fəaliyyətinin təmin edilməsinə məsul olan aidiyyəti qurum və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib və hesabatlar dinlənilib.

Komissiya tərəfindən aparılan araşdırma nəticəsində, habelə təqdim olunan rəy və hesabatlara əsasən müəyyən olunub ki, “Elektron hökumət” portalının kütləvi trafik axını qarşısında müvəqqəti əlçatmaz olması və “Güzəştli mənzil” sistemində texniki səhvlərin mövcudluğu ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib-çıxarıb.

Yuxarıda qeyd edilən texniki nasazlıqlar nəticəsində “Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyi bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, 07.05.2018-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.

Agentliyin sərəncamında olan mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçimi yenidən təşkil olunacaq. Mənzil seçiminin yenidən təşkil olunacağı tarix barədə əlavə məlumat veriləcək.

Hazırda MİDA aidiyəti təşkilatlarla birlikdə “Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və sistemin hər bir istifadəçisinə bərabər seçim şəraitinin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mənzillərin onlayn satışı ilə bağlı nəticələr ləğv edilə bilərmi?

17-05-2018

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018

MİDA-nın 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilmişdir

08-07-2022

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

“Çökən” sistemə 760 min manat xərclənib

11-05-2018

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib

07-08-2018

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

MİDA-nın çökmüş Güzəştli Mənzil Sistemi yenidən qurulub

27-07-2018

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə