Previous Next
Bağla

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018 10:22
Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

"Çərşənbə günü Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) sərəncamında olan 324 güzəştli mənzilin satışı başlayır."

Xeberler.az BBC News Azərbaycancaya istinadən bildirir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib.

O bildirib ki, mənzillərin satışı səhər saat 11-də başlayacaq və dekabrın 5-nə qədər davam edəcək"

"Satışlar "erkən gələnə erkən xidmət" prinsipi ilə olacaq. Yəni, satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxs onu almaq imkanı əldə edəcək", xanım Dadaşova deyib.

Ötən ilin mayında kütləvi daxilolma nəticəsində sistemin yüklənməsi, həmçinin bəzi vətəndaşların elektron imzadan istifadə zamanı texniki çətinliklərlə üzləşməsi kimi problemlərin təkrarlanmaması üçün sistemin dayanıqlığı artırılıb, MİDA sözçüsü deyir.

"Güzəştli mənzil" sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün təhlükəsizlik, gizlilik, proseslərin bütövlüyü, əlçatanlıq və fərdi məlumatların qorunması kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar aparılıb",- deyə Diana Dadaşova bildirib.

Onun sözlərinə görə, "EY" beynəlxalq audit şirkəti Güzəştli mənzil sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı qiymətləndirmə aparıb və sistemin etibarlılığı təsdiqlənib.

Dekabrın 5-nə qədər davam edəcək prosesdə satışa çıxarılan 324 mənzilin 260-ı may ayında satış nəticələri ləğv olunmuş mənzillərdir.

"Güzəştli Mənzil" sistemi layihəsi çərçivəsində tikilən mənzillərin 260-ı Bakıda Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşir. Digər 64 mənzil isə eyni ünvanda tikilmiş 5-ci binadadır.

Mənzillər ilk dəfə 2018-ci il mayın 7-də satışa çıxarılmışdı. Lakin mənzil seçimi mərhələsində "Elektron hökumət" portalı kütləvi daxilolmaya görə yüklənmişdi.

Bundan başqa, bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi səbəbindən sistemdə problemlər yaranmışdı.

Güzəştli mənzil sistemində yaranmış xətayla bağlı 963 nəfərə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilmişdi.

Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş problemlərə görə əməliyyatı başa çatdıra bilməmişdi.

Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə fəaliyyətə başlayıb.

Satışa çıxarılan mənzillərin seçiminin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu Elektron hökumət portalında yaradılan Güzəştli mənzil elektron sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019
Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018
Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019
MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022
MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019
Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018
Güzəştli mənzillərin seçimi başa çatıb

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019
248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019
Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

17-05-2018
Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019
MİDA mənzillərin növbəti seçimini həyata keçirib

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019
Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023
Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018
Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018
Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019
Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023
“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023
Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019
MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019
MİDA:Vətəndaşların nəzərinə!

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022
MİDA: İlk mənzil seçimi 23-cü saniyədə reallaşıb

MİDA: İlk mənzil seçimi 23-cü saniyədə reallaşıb

06-12-2024
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

04-12-2025
“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022
Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə