Qəhvə hazırlayan robot nümayiş etdirilib

05-09-2016 / 13:50

Qəhvə hazırlayan robot ilk dəfə ötən il MWC sərgisində təqdim edilib.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu günlərdə isə Berlində keçirilən IFA tədbiri çərçivəsində sözügedən robotu işlək vəziyyətdə nümayiş etdiriblər.

Robot audiosistem, televizor, smartfon, kompüterə qoşularaq istifadəçi ilə ağıllı ev arasında vasitəçilik edə bilər. Sadəcə, robotu çağırmaq və nə cür qəhvə istədiyinizi ona demək lazımdır. Bundan sonra, sadəcə, fincanı qəhvə dəmləyənə qoymaq lazımdır, qalan işi robot özü edəcək.

Xperia Agent robotu Siri və ya Cortana  kimi rəqəmli assistentə malikdir və bunun sayəsində istifadəçi robota tapşırıq verə bilər.

Məsələn, robotdan təqvimi yoxlamağı və ya hansısa nömrəni yığmağı xahiş etmək mümkün olacaq. Bundan başqa, robot animasiyalı gözlərlə təchiz edilib və musiqi sədaları altında rəqs edə bilir.

Beləliklə, robot kamera, mikrofon və sensor ekranla təchiz edilib, təqvimdəki hadisələri yoxlaya, zəng edə, rəqs edə biləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə