Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

27-04-2019 / 13:22

Ötən iki gün ərzində Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Rüstəm Həsənov, Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilatının kordinatoru Osman Gündüz,  Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas  çıxış ediblər.

Sonra tələbələr tərəfindən biznes -ideyalar irəli sürülüb. Daha sonra ekpsert və mentorların dəstəyi ilə biznes ideyaların müzakirəsi və yarışı başlayıb.

Bu mərhələdə tələbələr 23 biznes ideya səsləndirib. Daha sonra səsvermə və ekspertlərin rəyi əsasında ən yaxşı 5 ideya seçilib.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycan-ın ekspertləri və mentorları komandalara öz tövsiylərini verib.

Komandalar öz ekspert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayıb və axşama qədər fəaliyyətlərini davam etdiriblər. 
Mentorlar  Orxan Əhmədov, Rəşad Əliyev, Rüstəm Həsənov , Bəhman Hüseynli və digərləri komandalara dəstək veriblər. 

Həmçinin, komandalar üçün təlimlər də təşkil edilib. 
Belə ki,Türkiyədən dəvət olunan mütəxəssis Bəhman və startapçı Orxan Əhmədov internet biznesə yeni başlayanlar üçün təqdimatlarin və prototiplərin hazırlanması mövzusunda təlim keçib. 

Komandalara layihələrinin prototiplərinin hazırlanmas və komanda formasında fəaliyyət, layihələrin təqdimatı zamanı diqqət etməli olduğu vacib məqamlar və biznes planların tərtib olunması barədə məlumatlar verilib.

Komandalar eskpert və mentorların dəstəyi ilə layihələrinin təqdimat forması üzərində işləməyi öyrənib. Günün sonuna qədər komandalar layihələr üzərində fəaliyyəti davam etdirib.

Komandalar hazırladıqları layihələrin ekspertlər qarşısında 5-7 dəqiqəlik təqdimatını edib.

Münsiflər heyəti tərəfindən Layihələr qiymətləndirilib.

Qiymətləndirmə prosesində Orxan Əhmədov, Rəşid Əliyev, Rəşad Əliyev, Rüstəm Həsənov , Yadigar Səfərli və Tural Əhmədov iştirak ediblər .

Qalib komandalar müəyyən edilib.

5 komanda arasından qaliblər elan edilib. 
Belə ki,
1-ci yeri “Red Bot” 
2-ci yeri “Ask Me”, 
3-cü yeri isə “Yol ” layihəsi
 qazanıb.

Ötən gün Startap Günlərinin yekun təqdimat mərasimi keçirilib.  
Təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin , Qərbi Kaspi Universiteti rəhbərliyinin, Azərbaycan Beynəlxalq Bankının və SİNAM şirkətinin nümayəndələri iştirak edib

Startap Günlərində aktiv iştirak edənlərə sertifikatlar təqdim edilib. Qaliblərə isə diplomlar və hədiyyələr təqdim olunmuşdur.

Startap Günləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin dəstəyi ilə Startap Azərbaycan-ın  təşkilatçılığı ilə keçirilib. 
Layihəyə Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkəti dəstək verir.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.