Previous Next
Bağla

Gəncədə Startap Günləri başa çatıb

20-05-2019 15:41
Gəncədə Startap Günləri başa çatıb

17 - 18 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və ”Startap Azərbaycan”ın təşkilatçılığı ilə Gəncədə  “Startap Günləri” keçirilib.

Tədbirlərdə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri iştirak edİblər. 

Xeberler.az bildirir ki, ADAU –da təşkil olunan açılış mərasimində ADAU-nun prorektoru Anar Hətəmov, Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilatının kordinatoru Osman Gündüz, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Səmral Əliyev və digərləri çıxış ediblər. 

Çıxışlarda layihənin tələbələr və gənclərə qazandırdığı faydalardan, ölkə üzrə startap hərəkatına verdiyi töhfələrdən bəhs edilib.
Qeyd edilib ki, “Startap günləri”nin məqsədi yeni startapların yaradılmasına təkan vermək, bu istiqamətdə tələbələrə informasiya-metodik dəstək göstərmək, internet biznes və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Daha sonra tələbə və magistrlar tərəfindən biznes ideyalar irəli sürülüb. Növbəti mərhələdə müstəqil ekpsert və mentorlar, iştirakçılar tərəfindən səsləndirilən ideyaları spesifik kriteriyalarla dəyərləndirərək ən yaxşı 6 ideyanı növbəti mərhələ üçün seçiblər.

Qaydalara uyğun olaraq, birinci mərhələnin qalib ideyaları ətrafında komandalar formalaşdırılıb və ideya üzərində çalışmağa başlayıblar.

Yarışmanın ikinci günündə “Startap Azərbaycan”dan Orxan Əhmədov və İlkin Əliyev tələbələrə startaplar üçün təqdimat bacarıqları və biznes plan mövzularında təlim keçiblər.

Daha sonra komandalar mentrolar Orxan Əhmədov, Samir Həbibli , İlkin Əliyev, Hüseyn Hüseynzadə , Rüstəm Həsənov və digər mentroların dəstəyi ilə ideyaların ilkin prototipini və təqdimatlarını hazırlayıblar.  

Final mərhələsində yarışan komandalar ekspertlər qarşısında 5-7 dəqiqəlik təqdimatını edib. Münsiflər heyəti tərəfindən layihələr müxtəlif göstəricilər nəzərə alınaraq qiymətləndirilib.

Gərgin rəqabət şəraitində keçən yarışda qaliblər müəyyənləşib.

18 may tarixdə ADAU –da qaliblərin mükafatlandırılması mərasimi keçirilib. AİF prezidenti Osman Gündüz iki gün davam edən tədbirlərin uğurla başa çatdığını bildirib.
Tədbirdə ADAU-nun tərbiyə işləri üzrə prorektoru, Aidə Qasımova , GDU-nun  Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və digər çıxış edənlər çıxış edərək Startap Günləri çərçivəsində 2 gün davam edən tədbirlərin tələbələrin gələcək inkişafı üçün, universitetlərdə innovasiyalar sahəsində ənənənin fromalaşması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Daha sonra qaliblərin adları açıqlanıb

Birinci yerin qalibi Gəncə Dövlət Universitetinin tələbələrinin təqdim etdiyi “DiaDondurma” – diyetik (şəkərsiz) dondurma, ikinci yerin qalibi Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti tələbələrinin birgə təqdim etdiyi  “E-baytar” – baytarlar üçün virtual platforma, üçüncü yerin qalibi isə GDU tələbələrinin təqdim etdiyi “Tərzini yarat” – köynəklər üzərində istəyə uyğun dizayn edilməsi layihəsi seçilib.

ADAU-nun müəllimləri Fərrux Rəhimov, İsa Şəfiyev və Elay Zeynallı “Startap Günləri” tədbirlərində uğurlu mentorluq fəaliyyətinə görə TƏŞƏKKÜRNAMƏ ilə təltif ediliblər. 

Startap Günlərinin yekun təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin , Gəncə Universitetlərinin rəhbər şəxsləri, Azərbaycan Beynəlxalq Bankının və SİNAM şirkətinin nümayəndələri iştirak edib.

Qalib komandalar “Startap günləri”nin respublika yarışında iştirak haqqı qazanıblar, onlara diplomlar və sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Aktiv iştirak edən tələbələrə isə sertifikatlar təqdim edilib.


                                                                                            Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

27-05-2019

UNEC-də Startup Günlərinin qalibləri müəyyənləşib

05-05-2019

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019

AzTU-da Startap Günləri başa çatıb

13-04-2019

Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

27-04-2019

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019

Azərbaycan Texniki Universitetində növbəti Startap Günləri başlayıb

12-04-2019

Startap Günləri başa çatdı

30-06-2018

Startap Günlərinin yekun təqdimat mərasimi keçiriləcək

04-11-2019

Gəncədə Startap Günləri yarışması başlayıb-Fotolar

26-11-2016

Peşə Təhsili Mərkəzində Startap Günləri keçirilib

22-04-2019

Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

24-02-2018

Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

21-11-2016

Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

18-07-2019

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12-03-2018

Startap Günlərinin ilk günü necə keçdi?-Foto

26-05-2018

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə