Məlumat verdiyimiz kimi, Qərbi Kaspi Universitetində Startap Günləri keçirilir.
Hazırda Startap Günlərinin 2-ci günü davam edir.
Xeberler.az-ın məlumatına görə, bu gün gənc startapçılar üçün beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib.
Belə ki, Türkiyədən gələn mütəxəssis Bəhman Hüseynli seçilmiş 6 komandaya “Markalaşama” ilə bağlı ətraflı məlumat verib.
O, startapların uğur qazamasında markanın formalaşmasının böyük əhəmiyyət kəsb etdiyini deyib.
Startapçı Orxan Əhmədov isə yeni startapların təqdimat məsələsi barədə danışıb. O, iştirakçılara prototiplərin hazırlanmasını izah edib.
Hazırda komandalar mentorların və ekspertlərin köməyi ilə bizes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlamağa davam edir.
Ekspert və mentorlar komandalara birbaşa dəstək və məsləhətlər verir.
Belə ki, Orxan Əhmədov, Rəşid Əliyev, Rəşad Əliyev, Kamran İmaməliyev, Azər Nəzərov Rasim Abdurahman, Elşad Yusifli , Bəhman Hüseynli, Hüseyn Hüseynzadə komandlara layihələrinin təqdimatının hazırlamasına kömək edir.
Qeyd edək ki, bu gün, yekunda bu layihələrin münsiflər qarşısında təqdimatları və yarışı təşkil olunacaq.
Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Mükafatlandırma mərasimində isə qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Qərbi Kaspi Universitetinin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.
Qərbi Kaspi Universitetinin keçirdiyi Startap Günlərinə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi rəsmi, Startap Azərbaycan Təşkilat Komitəsi, , İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı təşkilati dəstək verir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri