İyunun əvvəli Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək.
İctimai Şuranın kordinatoru Osman Gündüz Xeberler.az-a bildirib ki, toplantıda yerli icra orqanlarının rəsmi internet resurslarına verilən tələblər, onların göstərdiyi sosial əhəmiyyətli və populyar olan xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Həmçinin, iclasda yerli icra orqanlarının ictimai və sosial əhəmiyyət kəsb edən xidmətləri haqqında məlumat təqdim olunacaq.
Maraqlı tərəflərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan toplantının yekununda yerli icra orqanlarının rəsmi internet resurslarının strukturu və burada açıqlanması məcburi olan ictimai əhəmiyyətli informasiyaların siyahısı, həmçinin də ilk növbədə elektron formaya keçirilməsi nəzərdə tutulan yerli dövlət xidmətlərlə bağlı Təkliflərin hazırlanaraq hökumətə təqdim edilməsi nəzərdə tutulub.
Ötən il İctimai Şuranıın toplantısında regionlarda elektron hökumət quruculuğu məsələsi müzakirə edilərək Təkliflər hazırlanıb və hökumətə təqdim edilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri