Previous Next
Bağla

"Milli Məkan Məlumatları" ilə bağlı işlər xeyli sürətlənib - Ekspert

11-08-2025 20:37
"Milli Məkan Məlumatları" ilə bağlı işlər xeyli sürətlənib - Ekspert
"Azərbaycanda dövlətə məxsus ən nəhəng informasiya resursunun hazırlanması işləri xeyli sürətlənib".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, 10 il bundan öncə icrasına tapşırıq verilən "Milli Məkan Məlumatları" ilə bağlı işlər nəhayət ki xeyli canlanıb:
 
"İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İşçi Qrupunun növbəti iclası keçirilib. Dövlət qurumlarında mövcud olan məkan məlumatlarının vahid sistemə – “Milli Məkan Məlumatları” informasiya sisteminə inteqrasiyası prosesi haqqında fikir mübadiləsi aparılıb.
 
Xatırladıram ki, “Milli Məkan Məlumatları” informasiya sistemi dedikdə çoxsaylı ictimai məlumatların (topoqrafik, geoloji, ekoloji, şəhər yolları, su şəbəkələri, elektrik xətləri, su hövzələri, meşə sahələri və ya çirklənmiş bölgələr, şəhərsalma planları, fərdi torpaq mülkiyyətlərinin qeydiyyatı və kadastr məlumatları və s.) inteqrasiya olunduğu bir rəqəmsal resurs nəzərdə tutulur.
 
Ümumiyyətlə, son zamanlar hiss olunur ki, İqtisadiyyat Nazirliyi bu infrastrukturun əsas operatoru müəyyən olunandan sonra bu proses xeyli sürətlənib.
Xatırladıram ki, ötən ilin sonu bununla bağlı İqtisadiyyat Nazirliyinin tenderləri olub.
 
İki tender üzrə bu işlərin görülməsinə 25 milyon manatdan çox vəsait ayrılıb.
CASPEL şirkəti, Cyberpoint və RİSK şirkətləri ilə birləşərək bu tenderi udub".
 
Ekspert bildirib ki, bir müddət öncə İqtisadiyyat Nazirliyinin ABŞ qurumu “Environmental Systems Research Institute” ilə Milli Məkan Məlumatları sahəsində bilik mübadiləsi, bu sahədə insan resurslarının inkişafı və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə Anlaşma Memorandumu imzalayıb:
 
"Bu layihənin əsas aparıcı təşkilatçılarından olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də ötən ay Xorvatiyada bu sahədə təcrübənin öyrənilməsi üçün nümayəndə heyəti göndərmişdi.
 
Keçən ay Prezident fərmanı ilə “Milli Məkan Məlumatları” informasiya sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na daxil edilib.
 
Xatırladıram ki, əvvəllər bir çox dövlət qurumlarının iddialı olduğu bu layihə sonda İqtisadiyyat Nazirliyinə həvalə edilib.
 
İqtisadiyyat Nazirliyi isə cari il aidiyyəti qurumların iştirakı ilə İşçi Qrup formalaşdırıb".
 
Osman Gündüz bildirib ki, hələlik qrupa vətəndaş cəmiyyətindən, müstəqil ekspertlərdən və biznesdən nümayəndələr daxil edilməyib.
 
Hansı ki, belə bir kritik informasiya resursu üçün, ictimai əhəmiyyətli bir layihə üçün bu olduqca vacibdir.
 
Ümid edirəm yekunda İqtisadiyyat Nazirliyi, CASPEL şirkəti, Cyberpoint və RİSK şirkətləri dövlət və biznes üçün, bütövlükdə cəmiyyət üçün əlçatan olan, faydalı bir informasiya resursu ortaya çıxara biləcəklər".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib

22-01-2025

Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

11-08-2025

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022

Milli Məkan Məlumatları İnformasiya Sistemi yaradılır

25-07-2019

Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

16-04-2021

Milli məkan məlumatları ilə bağlı bu qayda təsdiqləndi

15-02-2024

Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması müzakirə olunub

11-12-2025

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

10-01-2025

​​​​​​​Elektron hökumət portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısı genişləndirilib

16-07-2025

Milli məkan standartları qəbul edilib

20-08-2025

Əmlak Məsələləri Dövlət Xidmətində Koreya nümayəndə heyəti ilə görüş keçirilib

29-08-2025

Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?

12-02-2025

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı onlayn iclas keçirilib

20-10-2023

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

Prezident Iqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edib

23-10-2019

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi

20-04-2024

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

Komitənin qurumları arasında elektron sənəd dövriyyəsi sistemi qurulub

02-10-2015

İlin sonuna qədər Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

21-09-2023

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə