ABŞ “Nvidia”ya çiplərini Çinə ixrac etmək üçün lisenziya verib

09-08-2025 / 08:57

ABŞ-nin Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu “Nvidia” şirkətinə Çinə H20 çiplərini satmaq üçün lisenziya verib.

Xeberler.az bildirir ki, bu barədə “Financial Times “ qəzeti məlumat verib.

“Nvidia" bu çip modelini xüsusi olaraq Çin bazarı üçün yaradıb. Qeyd olunur ki, lisenziyanın verilməsi ilə bağlı qərar “Nvidia”nın baş direktoru Jensen Huanq və ABŞ Prezidenti Donald Trampın çərşənbə günü keçirdiyi görüşdən sonra verilib.

Bundan əvvəl Çinin iki vətəndaşının ABŞ-nin ixrac məhdudiyyətlərindən yayınmaqda və Çinə qeyri-qanuni olaraq yüksək məhsuldarlığa malik “Nvidia” sürətləndiricilərinin tədarükündə ittiham edilərək Kaliforniyada həbs olunduğu bildirilirdi.

İddiaya görə, şübhəlilər 2022-ci ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər ABŞ Ticarət Nazirliyindən lazımi lisenziyasız avadanlıq ixrac ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə