“The Walt Disney Company” ABŞ Federal Ticarət Komissiyasının (FTC) “YouTube”da uşaqlar haqqında şəxsi məlumatların qanunsuz toplanmasına dair irəli sürdüyü ittihamları həll etmək üçün 10 milyon dollar ödəyəcək.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, FTC-nin açıqlamasına görə, şirkət uşaqlar üçün nəzərdə tutulmuş videomateriallara baxan azyaşlıların məlumatlarının valideynlərindən xəbərsiz və ya onların razılığı olmadan toplanmasına icazə verib.
Şikayətdə bildirilib ki, Disney internetdə uşaqların məxfiliyinin qorunması haqqında qaydaları pozaraq bəzi “YouTube” videolarında onların azyaşlılar üçün nəzərdə tutulduğunu göstərməyib. Agentlik iddia edib ki, şirkət 13 yaşınadək uşaqların məlumatlarını toplayaraq onları hədəfli reklam üçün istifadə edə bilib.
2019-cu ildə FTC ilə razılaşmadan sonra “YouTube” kontent yaradıcılarından yüklədikləri videoların uşaqlar üçün nəzərdə tutulmuş və ya tutulmayan olduğunu qeyd etməyi tələb etməyə başlayıb. Bu addım uşaqlar üçün hazırlanmış videolarda şəxsi məlumatların toplanmamasını və onlara fərdiləşdirilmiş reklamların göstərilməməsini təmin edir. Həmçinin həmin videolara şərh yazmaq da mümkün deyil.
Təklif olunan razılaşmaya əsasən, “Disney” 10 milyon dollar məbləğində cərimə ödəməli, uşaqlara dair məlumatların qorunması qaydalarına əməl etməli və “YouTube”da yerləşdirilən videoların “uşaqlar üçün nəzərdə tutulmuş” kimi işarələnməli olub-olmadığını yoxlamaq məqsədilə xüsusi proqram tətbiq etməlidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları