Previous Next
Bağla

Nigar Arpadarai: Texnoloji inkişaf Yaşıl Gündəliyi canlandırır

04-09-2025 09:29
Nigar Arpadarai: Texnoloji inkişaf Yaşıl Gündəliyi canlandırır

Efiopioyanın paytaxtı Əddis-Əbəbədə ilin növbəti əsas İqlim Həftəsi işə başlayıb. Tədbirin açılışında çıxış edən COP29 Sədrliyinin nümayəndəsi iqlim gündəliyinin irəlilədilməsi istiqamətində Bakıda qəbul olunmuş tarixi qərarların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Xeberler.az məlumat verir ki, bu barədə COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib.

Nigar Arpadarai qeyd edib ki, dünyanın hazırkı şəraitində – etimadsızlıq, münaqişələr və parçalanmalar fonunda – COP29-un nəticələri xüsusi əhəmiyyət daşıyır. Bakıda qəbul olunmuş qərarlar ədalət prinsipinə əsaslanır, ən həssas və iqlim böhranına cavab imkanları məhdud olan ölkələrin dəstəklənməsinə xidmət edir.

“İqlim fəaliyyəti ilə bağlı öhdəliklərimiz sarsılmaz qalmalıdır və artıq verilmiş vədlər ortaq məqsədlərimizə doğru real irəliləyişə xidmət edən şəkildə yerinə yetirilməlidir. Biz həm kiçik, həm də böyük dövlətlərin aydın və ədalətli qaydalar çərçivəsində necə səmərəli əməkdaşlıq edə biləcəyini nümayiş etdirərək nümunə göstərməliyik.

Dəyişən qlobal mənzərəni – demoqrafik dəyişiklikləri, ticarət gərginliklərini və yeni silahlanma yarışını nəzərə alaraq, eyni zamanda yeni texnologiyaların transformativ gücü ilə də üzləşməliyik. Xüsusilə, süni intellekt inqilabı həm böyük imkanlar, həm də ciddi risklər yaradır. Biz əmin olmalıyıq ki, süni intellekt səlahiyyətləndirmə vasitəsinə çevrilərək bütün ölkələrdə imkanlara geniş çıxış yaratsın, lakin, rəqəmsal imperializmin vasitəsinə çevrilməsin.

Mən qəti inanıram ki, texnoloji inkişaf Yaşıl Gündəliyin canlandırılmasının açarıdır. İnsan potensialı və yeni iqtisadi imkanlar ilə yönləndirilən innovasiya bizim diqqət mərkəzimizdə olmalıdır – yalnız qaydalar və məhdudiyyətlərə güvənməməliyik.

COP prosesinin uğuru yalnız maliyyə və zamanla deyil, həm də bütün tərəflərin ədalətli və dürüst yanaşması ilə mümkündür. Bu baxımdan Bakı Maliyyə Məqsədinin qəbul olunması mühüm mərhələdir. Həmin məqsəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard ABŞ dollarının səfərbər edilməsini, iqlim maliyyəsinin isə ildə 1,3 trilyon dollara çatdırılmasını nəzərdə tutur. Bütün dövlətlər Milli Müəyyən Olunmuş Töhfələrin (NDCs) növbəti mərhələsində ən yüksək iddianı ortaya qoymalıdır. Lakin, bu yeni NDC-lər sadəcə aspirativ sənədlərə çevrilməməlidir. Onlar Paris Sazişinin məqsədlərini irəli aparan konkret və icra edilə bilən hədəfləri müəyyən etməlidir.”, - deyə N.Arpadarai əlavə edib.

Bakıdakı digər qərarlar sırasında 6-cı maddə, gender, adaptasiya və azaltma ilə bağlı razılaşmalar, habelə 2025-ci ildən vəsait bölgüsünə hazır olacaq Zərər və Ziyan Fondunun fəaliyyətə başlaması qeyd edilib.

Nigar Arpadarai vurğulayıb ki, donor ölkələr Bakıda verdikləri vədləri yerinə yetirməli, 2035-ci ilə qədər 300 milyard dolların səfərbər edilməsində öz paylarını necə təmin edəcəklərini açıqlamalıdır. Bundan başqa, yeni Milli Müəyyən Olunmuş Töhfələr (NDCs) konkret və icra ediləbilən hədəfləri əks etdirməli, Paris Sazişinin məqsədlərinə real töhfə verməlidir.

COP29 Sədrliyi İqlim Həftəsi çərçivəsində Afrikanın xüsusi ehtiyaclarına həsr olunmuş yüksəksəviyyəli tədbir də keçirəcək. Sentyabrın 6-da baş tutacaq görüş COP29-un Afrika ölkələrinin çağırışlarına diqqəti artırmaq öhdəliyinə uyğun təşkil ediləcək.

Nigar Arpadarai sonda qeyd edib ki, qəbul edilmiş öhdəliklər icra olunmalı, iqlim dəyişikliyi ilə mübarizədə heç kim kənarda qalmamalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nigar Arpadarai: “Rəqəmsal texnologiyaların enerji keçidinə transformasiyası vacibdir”

16-11-2024

Nigar Arpadarai: Qadınların hər sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

07-12-2024

Nigar Arpadarai: Karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var

04-10-2024

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu təyin edilib

29-01-2024

BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu!

15-10-2024

COP30-da Süni İntellekt üzrə İqlim İnstitutu təqdim edilib

13-11-2025

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

05-10-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

“Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" tədbiri başa çatıb

21-11-2024

"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib

24-08-2024

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

Gənclər innovativ fikirləri və texnoloji həlləri ilə iqlim dəyişikliklərinə qarşı mübarizədə dönüş yarada bilərlər

24-10-2024

Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

24-10-2024

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilir

24-10-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

11-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024

Nigar Məmmədova: Yaşıl bacarıqların təhsil sistemlərinə inteqrasiyası üçün qanun qəbul etməliyik

18-11-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

02-12-2024

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024

Vüsal Qasımlı qlobal beyin mərkəzləri tədbirində çıxış edib

22-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə