Previous Next
Bağla

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

04-09-2025 18:33
AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Çin Xalq Respublikasının Çendu şəhərində "Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə təmiz enerjinin standartlaşdırılması” mövzusunda təşkil olunan beynəlxalq seminarda iştirak ediblər.

Xeberler.az məlumat verir ki, seminarda Çinin beynəlxalq standartlaşdırma fəaliyyətlərində iştirakı ilə bağlı inkişaf strategiyaları, iş rejimləri, proseslər və tələblər, standartlaşdırma sahəsində qanunvericilik və qaydalar, texniki standartlaşdırma sistemi və beynəlxalq əməkdaşlıqlar barədə məlumat verilib.

Tədbirdə təmiz enerjinin saxlanması texnologiyalarının təsnifatı, xüsusiyyətləri, hazırkı inkişaf vəziyyəti və meyarları, bu sahədə tətbiq olunan standartlar ətrafında fikir mübadiləsi aparılıb. Seminar çərçivəsində iştirakçıların “Shanghai International Port (Group) Co., Ltd. (SIPG)”, “Goodbaby International Holdings Ltd.”, “Tianwei Biotech Group Co., Ltd”, “CATL” kimi qabaqcıl texnologiyalara malik istehsal müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olması məqsədilə bir sıra praktiki səfərlər təşkil olunub. Seminarın praktiki hissəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə yaradılıb. Hazırda 9 ölkə - Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin Xalq Respublikası, Pakistan, Rusiya, Tacikistan, İran və Özbəkistan bu təşkilatın üzvüdür. Azərbaycan Respublikası Təşkilatda “Dialoq üzrə tərəfdaş” statusundadır. ŞƏT-in əsas məqsədi mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın gücləndirilməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

13-11-2025
AZSTAND Milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib

AZSTAND Milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib

25-06-2025
“Azərpoçt” Çində keçirilən beynəlxalq seminarda təmsil olunub

“Azərpoçt” Çində keçirilən beynəlxalq seminarda təmsil olunub

05-08-2025
AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025
Azərbaycan nümayəndələri "Süni intellektlə bağlı" layihədə iştirak ediblər

Azərbaycan nümayəndələri "Süni intellektlə bağlı" layihədə iştirak ediblər

14-07-2025
AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşulub

AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşulub

15-07-2025
Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023
Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq poçt xidmətinə dair seminarında iştirak edib

Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq poçt xidmətinə dair seminarında iştirak edib

27-10-2009
Türk Standartları İnstitutunun nümayəndələri ilə görüş

Türk Standartları İnstitutunun nümayəndələri ilə görüş

06-09-2022
Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı

Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı

19-05-2021
“Azərpoçt” beynəlxalq seminarda təmsil olunub

“Azərpoçt” beynəlxalq seminarda təmsil olunub

25-08-2025
Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

29-12-2008
Azərbaycanda beynəlxalq standart tətbiq olunacaq

Azərbaycanda beynəlxalq standart tətbiq olunacaq

29-06-2011
AZSTAND-ın nümayəndə heyəti ISO-nun illik toplantısında iştirak edib

AZSTAND-ın nümayəndə heyəti ISO-nun illik toplantısında iştirak edib

15-10-2025
STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRKİBİNDƏ MƏLUMAT MƏRKƏZİ YARADILIR

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRKİBİNDƏ MƏLUMAT MƏRKƏZİ YARADILIR

10-02-2009
AZSTAND yeni Texniki Komitə yaradıb

AZSTAND yeni Texniki Komitə yaradıb

30-06-2025
İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri  müzakirə edilib

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016
İKT sahəsi üzrə 10 yeni milli standart təsdiqlənəcək

İKT sahəsi üzrə 10 yeni milli standart təsdiqlənəcək

17-10-2025
Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yaradılıb

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yaradılıb

04-08-2008
Distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

Distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30-04-2025
Dövlət Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

Dövlət Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

14-07-2022
İnformasiya texnologiyaları sahəsində yeni Dövlət standartı təsdiq edilib

İnformasiya texnologiyaları sahəsində yeni Dövlət standartı təsdiq edilib

15-04-2009
İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

16-05-2009
Süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib

Süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib

28-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə