Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015 / 17:15

Bu il ölkədə rəqəmli yayıma keçidin tam başa çatdırılması və analoq yayımın dayandırılması nəzərdə tutulur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xəbərlər-ə verilən məlumata görə, 2014-cü ilin sonundan başlayaraq, ölkədə analoq TV proqramlarının yayımı mərhələlərlə dayandırılır.

İlin əvvəlindən rəqəmli yayıma tam keçidlə əlaqədar ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin, əhatə zonasının genişləndirilməsi məqsədilə əlavə olaraq 41 müxtəlif təyinatlı TV-radio avadanlığı istismara verilib. Onlardan 22-si rəqəmli DVB-T, 4-ü isə rəqəmli DVB-T2 vericiləri olub.

Hazırda ölkə ərazisində 110 rəqəmli verici vasitəsilə rəqəmli yayım təşkil edilir. Artıq ölkə əhalisinin yaşadığı ərazilərin 99 faizi açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya və radio yayımı ilə təmin edilib. Bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahə üzrə apardığı araşdırmaların nəticəsi olaraq 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilib və 2015-ci ilədək bu keçidin başa çatdırılması barədə razılıq əldə olunub.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.