Previous Next
Bağla

Ölkələrin rəqəmli yayıma keçidinə həsr edilən simpozium keçiriləcək

02-06-2015 11:59
Ölkələrin rəqəmli yayıma keçidinə həsr edilən simpozium keçiriləcək

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən ölkələr üçün analoq radio-televiziya yayımından rəqəmli yayıma keçidlə bağlı təyin edilən 17 iyun 2015-ci il tarixi son müddətdir və təşkilatın 1-ci regionuna (Avropa, Afrika, Yaxın Şərq və Orta Asiya), eləcə də İrana şamil olunur.

Xeberler.az-ın məlumatına görə, BTİ bu əhəmiyyətli hadisəni Cenevrədə mənzil-qərargahında yerüstü rəqəmli radio və televiziya yayımının bu gün və gələcəkdə təmin edəcəyi üstünlüklərə malik olmasını təsdiq etmək üçün fikir mübadiləsini stimullaşdıran simpozium keçirəcək.    

BTİ yuxarıda qeyd olunan müddəti 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında təşkilata üzv dövlətlərlə birlikdə rəqəmli televiziya yayımına keçidlə bağlı “GE06” adlanan regional saziş imzalayıb və 2015-ci ilədək keçid prosesinin başa çatdırılması barədə razılıq əldə olunub.

Simpozium analoq radio yayımından rəqəmli radioya keçidlə bağlı qarşıda duran vəzifələri və televiziya sahəsində uğurları müzakirə etmək üçün dünya ekspertlərini bir araya gətirəcək.

Hazırda dünya ölkələri aktiv şəkildə rəqəmli televiziyaya keçir. “GE06” sazişinin bir neçə iştirakçı ölkəsi, eləcə də sazişə üzv olmayan əksər dövlətlər artıq keçid prosesini başa çatdırıb, digərləri keçidi başa çatdırmaq mərhələsindədir.

“BTİ Birləşmiş Millətlər Təşkilatının informasiya-kommunikasiya texnologiyaları (İKT) məsələləri üzrə ixtisaslaşmış təsisatı kimi gələcəkdə də yeni texnologiyaların inkişafına yardım edəcək. Mən rəqəmli radio-televiziya yayımına uğurla keçən ölkələrin administrasiyalarını təbrik edirəm, keçidi həyata keçirən administrasiyalara isə müvəffəqiyyətlər arzulayıram”, - BTİ baş katibi Houlin Çjao bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycan BTİ-yə üzv dövlət kimi rəqəmli televiziya yayımına keçid prosesini bu ilin payızında tam başa çatdıracaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015
Serbiya rəqəmli televiziya yayımına keçib

Serbiya rəqəmli televiziya yayımına keçib

16-06-2015
Gürcüstan rəqəmli TV yayımına keçidi təxirə salıb

Gürcüstan rəqəmli TV yayımına keçidi təxirə salıb

18-06-2015
Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015
Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016
“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016
İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010
Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011
Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015
“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016
Ölkədə rəqəmli yayıma keçidlə  bağlı Qaynar xətt yaradılıb-Video

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016
Belarusda analoq yayım dayandırılıb

Belarusda analoq yayım dayandırılıb

15-05-2015
Analoq yayım üçün istifadə olunan tezliklər digər qurumlara veriləcək

Analoq yayım üçün istifadə olunan tezliklər digər qurumlara veriləcək

13-07-2015
“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016
Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012
Bu ərazilərdə analoq yayım dayandırıldı

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016
MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016
Azərbaycanın müəssisələrində rəqəmli radio-televiziya avadanlıqlarının istehsalı həyata keçiriləcək

Azərbaycanın müəssisələrində rəqəmli radio-televiziya avadanlıqlarının istehsalı həyata keçiriləcək

14-02-2011
Dövlət Radiotezliklər İdarəsinin nümayəndəsi rəqəmli yayıma dair seminarda iştirak edir

Dövlət Radiotezliklər İdarəsinin nümayəndəsi rəqəmli yayıma dair seminarda iştirak edir

16-06-2009
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020
Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

19-05-2015
Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016
“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə