"2016-cı ilin sonuna kimi Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq”.
Xeberler.az bildirir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
Onun sözlərinə görə, ölkə ərazisi rəqəmsal yayımla tam əhatə olunub.
Aparat rəhbəri qeyd edib ki, teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”na əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, MTRŞ 2016-cı ildə rəqəmli televiziya yayımına keçidin başa çatdırılması və analoq yayımın dayandırılmasını təmin etməlidir. (APA)
Məlumat verdiyimiz kimi, uzun müddətdir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə rəqəmsal yayıma keçidlə bağlı müxtəlif tədbirlər görülür.
Bildirilmişdi ki, 2015-ci ilin sonuna kimi Azərbaycanda anoloq yayımın dayandırılacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri