Rəqəmsal Marketinq Konfransında hansı yeniliklər olacaq?

30-10-2017 / 12:14

Məlumat verdiyimiz kimi, noyabrın 11-də  Pullman otelində Azərbaycanda sayca 3-cü olan Rəqəmsal Marketinq Konfransı keçiriləcək.

Belə ki, hər il davamlı olaraq keçirilən tədbirdə mütəxəssislər rəqəmsal marketinq təcrübələrini müzakirə edəcək, iştirakçılarla bölüşəcək.

Bu il konfransda 20-dək yerli və xarici mütəxəssislər yeni trendlərə uyğun öz təcrübələrini paylaşacaq.

Facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə baş tutacaq konfransa hazırlıqlar davam edir.

Onu da qeyd edək ki, MC2017 bu il “Super Sun” brendinin baş sponsorluğu ilə keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, konfrans ərəfəsində Azərsun şirkətinin rəsmiləri, spiker, media tərəfdaşlarının iştirakı ilə Sumqayıt Yağ Zavodunu ziyarət edib.

Nümayəndələr zavodda istehsal prosesi ilə yaxından tanış olub. Onlara Azərsun-un istehsal etdiyi, “Made in Azerbaijan” brendi ilə təqdim olunan yağların növləri və hazırlanması ilə bağlı ətraflı məlumat verilib. İştirakçılar bu proseslə əyani tanış olub.

Nahardan sonra isə DMC2017 ərəfəsində konfrans təşkilatçıları və tərəfdaşlar arasında müzakirələr baş tutub.

Müzakirələrdə illik marketinq konfransına hazırlıq səviyyəsi ətrafında spikerlər ilə fikir mübadiləsi aparılıb.

DMC2017-nin həmtəsisçisi Rafiq Vəliyev bildirib ki, bu il konfransa 20 yerli və xarici spiker, 250-dən çox şirkətdən 500-dən çox menecerin iştirakı gözlənilir.

Rafiq Vəliyev qeyd edib ki, konfransın biletləri xüsusi ÇİP-lərlə hazırlanıb. Yəni, hər bilet öz sahibini tanıyacaq. Belə ki, konfransa girişidə həmin biletlər ağıllı qapılar tərəfindən yoxlanacaq, biletin şəxsə aid olduğu təsdiqləndikdən sonra girişə icazə  veriləcək.

Onun sözlərinə görə, biletlərin 50%-dən çoxu artıq  satılıb.

Həmtəsisçisi əlavə edib ki, təcrübə göstərir ki, iştirakçıların 50 faizi biletləri konfransa bir neçə gün qalmış alır.

Rafiq Vəliyev onu da vurğulayıb ki, son iki ildə keçirilən Rəqəmsal Marketinq Konfransından fərqli olaraq bu iştirakçıları yeniliklər gözləyir.

Belə ki, bu yeniliklər əsasən DMC2017-də səhnə işıqlandırılması, qeydiyyat sistemi, görüntü itkisinin qarşısının alınması ilə bağlıdır.

MC2017-nin proqram təminatı ilə bağlı işləri həyata keçirən tərəfdaş Destec şirkətinin marketinq meneceri Emil Əhmədov qeyd edib ki, bir günə artıq 25 bilet satılıb.

Qeyd edək ki, konfransda iştirak biletlədir. Biletləri iticket.az vasitəsilə onlayn da əldə etmək mümkündür.

Eyni zamanda, biletləri dmcbaku.az saytından və Facebook səhifəsinə yazmaqla da əldə etmək olar.

Biletin qiyməti 30 manatdır, çatdırılması Bakı şəhəri daxilində pulsuzdur. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.